Menu

"Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır" - Rəşad Nəbiyev

26.11.2025, 11:45
"Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır" - Rəşad Nəbiyev

İllik ötürmə qabiliyyəti 15 milyon tona qədər olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır.

“APA-Ecomomics” xəbər verir ki, bunu MDB-ə üzv dövlətlərinin dəmir yolu nəqliyyatı şurasının 83-cü iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, Ermənistanla sərhəddə yerləşən Ağbənd ərazisinə gedən dəmir yolu xəttinin sahəsi 2026-cı ildə başa çatdırılacaq:

“Paralel olaraq Azərbaycan Naxçıvandan keçən təxminən 200 kilometrlik dəmir yolu sahəsinin tikintisi üzərində işləyir. Hazırda bu magistralın layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq. Bir neçə gün ərzində “Azərbaycan Dəmir Yolları” QSC bu layihənin icrasına start verəcək”

Şərhlər

B.Kolxozdar 2025-11-26 14:14:11

Güman ki, yüksək (15 mln tonluq) TRİPP Yollar dəhlizinin tikinti-quraşdırma işlərini Ermənistan da öz ərazisindən ən azı Türkiyəyə girməklə 2026cı ildə tamamlayacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol