Menu

Rusiya və Ukrayna xüsusi xidmət orqanları BƏƏ-də müzakirələr aparır - Yuri Uşakov

26.11.2025, 13:21
Rusiya və Ukrayna xüsusi xidmət orqanları BƏƏ-də müzakirələr aparır -  Yuri Uşakov

Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri Birləşmiş Ərəb Əmirliyində müntəzəm olaraq həssas məsələləri, o cümlədən əsirlərin dəyişdirilməsini müzakirə edirlər.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, son görüşlərdən birində gözlənilməz bir durum da baş verib.

“Görüş zamanı hazırda Ukrayna dosyesi ilə məşğul olan ABŞ-nin yeni nümayəndəsi orda peyda oldu. O, orada Ukrayna tərəfi ilə görüş keçirdi və anladığım qədər, bu əvvəlcədən razılaşdırılmışdı. Eyni zamanda, bizim nümayəndələrlə tam gözlənilmədən görüşdü”, - Uşakov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol