Menu

Kreml Trampın Ukrayna ilə bağlı sülh planının bəzi məqamlarına müsbət baxır

26.11.2025, 13:24
Kreml Trampın Ukrayna ilə bağlı sülh planının bəzi məqamlarına müsbət baxır

Rusiya hələlik ABŞ-nin Ukrayna ilə bağlı sülh planını rəsmi olaraq almayıb. Lakin Moskvanın əlində qeyri-rəsmi "sənəd" mövcuddur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya qeyri-rəsmi olaraq ABŞ sülh planının bir neçə versiyasını alıb ki, bu da hətta çaşdırıcı ola bilər.

Bununla belə, Kreml rəsmisi Rusiyanın ABŞ-nin sülh planının bəzi məqamlarına müsbət baxdığını, lakin bir çoxunun müzakirə tələb etdiyini vurğulayıb.

Uşakov avropalıların Ukraynada sülh nizamlanmasına lazımsız müdaxilə etdiklərini də söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol