Menu

"Ordu 2027-ci ilə qədər müharibə hazırlığı vəziyyətinə gətiriləcək" - Tayvan lideri

26.11.2025, 14:27
"Ordu 2027-ci ilə qədər müharibə hazırlığı vəziyyətinə gətiriləcək" - Tayvan lideri

Tayvan ilə Çin arasındakı gərginlik son illərin ən yüksək nöqtəsinə yüksəlib.

Tayvan Prezidenti Lay Cin-te Pekinin artan hərbi təzyiqlərinin “qırmızı xətti aşdığını” bildirərək ölkəsinin 2027-ci ilə qədər tam müharibə hazırlığı vəziyytinə gətiriləcəyini açıqlayıb.

Prezident Lay mətbuat konfransında Tayvanın 40 milyard dollarlıq əlavə müdafiə büdcəsi ayıracağını bildirib. Vəsait əsasən raket sistemlərinə, pilotsuz uçuş aparatlarına və süni intellekt əsaslı müdafiə texnologiyalarına yönəldiləcək.

Prezident Lay Pekinin siyasi və hərbi təzyiqlərinə qarşı sərt mövqe ortaya qoyaraq deyib:“Milli təhlükəsizlik məsələsində güzəştə yer yoxdur. Təzyiq qarşısında edilən güzəşt gələcəkdə yalnız əsarət gətirər”.

Lay Tayvanın demokratiya və azadlıq dəyərlərindən geri dönməyəcəyini vurğulayıb.

Rəsmi məlumata görə, Tayvanın müdafiə xərcləri 2026-cı ildə ÜDM-in 3,32 faizinə, 2030-cu ildə isə 5 faizinə yüksələcək. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol