Menu

TRIPP layihəsində türk şirkəti iştirakı edəcək? – Ermənistan mövqeyini açıqladı

26.11.2025, 15:13
TRIPP layihəsində türk şirkəti iştirakı edəcək? – Ermənistan mövqeyini açıqladı

Ermənistanın xarici işlər nazirinin müavini Manaçak Safaryan TRIPP layihəsində türk şirkətinin iştirakının mümkünlüyü barədə açıqlama verib.

Safaryan bildirib ki, bu məsələyə yalnız layihənin iki tərəfi – Ermənistan və ABŞ birlikdə qərar verə bilər.

“Əlbəttə, hər tərəfin öz mövqeyi var, bu məsələ yalnız iki tərəfin məsləhətləşmələri nəticəsində həll olunacaq”, – deyə o vurğulayıb.

Safaryan sual edildikdə ki, Ermənistan bu məsələdə hansı mövqedədir, konkret cavab verməyərək bildirib: “Bu, qərarların özündə əks olunacaq”.

O əlavə edib ki, “bu mərhələdə məsələyə daha geniş toxunmaq lazım deyil, lakin şirkətlərin seçimi hər iki tərəfin maraqlarına uyğun olmalıdır. Ən önəmli prioritet isə ilk növbədə erməni-amerikan birgə şirkətinin yaradılmasıdır”.

Beləliklə, Ermənistan tərəfi hazırda türk şirkətlərinin layihəyə qoşulub-qoşulmaması ilə bağlı konkret mövqe bildirməsə də, prosesin əsas prinsipinin tərəflərin maraqlarına uyğun qərarlarla müəyyən ediləcəyini vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol