Menu

Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib

26.11.2025, 19:36

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə (İtaliya) qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.

Bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğunu söyləyib.

"Komandamız sabah istirahət edəcək. Medinanın birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir", - deyə A.Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün baş tutan matçda "Napoli"nin üzvü Skott Maktomineyin 51-ci dəqiqədə qapı çərçivəsinə vurduğu top Medinanın üzünə dəyib və nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol