Menu

Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb

07.12.2025, 20:28
Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb

İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfir Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Onun sözlərinə görə, rəsmi Tehran Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol