Menu

"2050-ci ilə kimi Azərbaycanda əhalinin 60%-i şəhərlərdə yaşayacaq" - BMT

08.12.2025, 10:59
"2050-ci ilə kimi Azərbaycanda əhalinin 60%-i şəhərlərdə yaşayacaq" - BMT

“2050-ci ilə qədər Azərbaycanda şəhər əhalisi 6,7 milyon nəfərə çatacaq”.

“APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib. Qeyd edilib ki, Azərbaycanda şəhər əhalisinin sayı artmaqda davam edəcək. Belə ki, 2000-ci ildə 4,18 milyon nəfər olan şəhər əhalisi 2025-ci ildə 6,10 milyon nəfərə yüksəlib, 2050-ci ildə isə 6,68 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bu, 2000–2025-ci illər üzrə orta illik artım tempinin 0,1% təşkil etdiyini göstərir.

Şəhər əhalisinin xüsusi çəkisi isə 2000-ci ildə 51,1% olduğu halda 2025-ci ildə 58,6%-ə yüksəlib. Proqnoza əsasən 2050-ci ilə qədər Azərbaycanda əhalinin təxminən 60%-i şəhərlərdə yaşayacaq.

Şərhlər

B.Kolxozdar 2025-12-08 13:59:50

BMTnın bu proqnozu haradandır? Əsasən SSRİnın Kənd təsərrüfatı məhsulları sifarişinə çalışdırılan ölkəmiz nədənsə, əhali sayının artımına da baxmayaraq, heç olmazsa, gündəlik natural-təravətlı strateji-zəruri ərzaq məhsulları üzrə tam müstəqil təminat məsələsinə ciddi baxmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol