Menu

Azərbaycanın dövlət büdcəsinin profisiti 40 %-ə yaxın artıb

08.12.2025, 11:15
Azərbaycanın dövlət büdcəsinin profisiti 40 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri isə 31 milyard 414,7 milyon manat təşkil edib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 1,2 % çoxdur.

Büdcə gəlirləri proqnozdan 0,9 % çox icra edilib.

Son nəticədə 11 ayda büdcədə 4 milyard 210,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 39,5 % çoxdur.

Şərhlər

Kirpi 2025-12-08 13:42:44

Görəsən artıq qalan vəsaiti nə edəcəklər. Mənim evim yoxdur bəlkə evsizlərə ev, dişsizlərə diş işsizlərə iş verəsiniz. ?))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol