Tibb Universitetində 25 il kafedra müdiri olmuş 83 yaşlı professor Çərkəz Cəfərov “Bakupost” TV-yə geniş müsahibəsində Azərbaycan səhiyyə sistemindəki əsas problemlər, bu sektordakı çatışmazlıqlar, idarəetmədəki mənfi hallar, eləcə də tibbi təhsilin önəmi ilə bağlı sərt açıqlamalar verib.
Professor qeyd edir ki, 1970-ci illərdə Tibb Universitetində rüşvət anlayışı yox idi, təhsil prosesi yüksək intizam və vicdan üzərində qurulmuşdu. Lakin 1980–90-cı illərdən etibarən rüşvət mexanizmi tədricən təhsil sisteminə də sirayət etdi və bu gün artıq bir çox universitetlər eyni problemlə üzləşir. Ç. Cəfərov deyir ki, tələbəyə elmi yalnız vicdanlı müəllim öyrədə bilər, rüşvət və kommersiya düşüncəsi bu gün Azərbaycan təhsilini tamamilə məhv edib.
Müsahibədə ən çox mübahisə doğuran mövzulardan biri isə özəl xəstəxanalarla bağlıdır. Professor açıq şəkildə bildirir ki, bu klinikaların əksəriyyəti tibbi xidmətdən çox biznes fəaliyyəti ilə məşğuldur. Onun fikrincə, insanlar dövlət xəstəxanalarında müalicə almalı, bütün xərcləri də dövlət qarşılamalıdır. Çünki özəl sektorda bəzən bilikli həkimlərlə yanaşı, kifayət qədər hazırlığı olmayan şəxslər də əməliyyatlar aparır və bu, xəstələrin həyatı üçün ciddi təhlükə yaradır. Ç. Cəfərovun iddiasına görə, özəl tibb müəssisələrinin böyük hissəsi müxtəlif siyasi çevrələrə bağlıdır və bu səbəbdən tam olaraq nəzarətdən kənarda fəaliyyət göstərir.
"Bu gün özəl xəstəxanaların hamısı biznes mərkəzinə çevrilib. Ancaq bir-birilərinə xəstə paylayırlar. Bu özəl xəstəxanalar hamısı bağlanmalıdır. Azərbaycanda yalnız dövlət xəstəxanası olmalıdır. Çünki bu vətəndaş dövlətindir və o vətəndaşı da dövlət öz hesabına müalicə etməlidir. Bu özəl xəstəxanaların hamısı Millli Məclisdə oturan adamlarındır", -deyə o, qeyd edib.
Professor TƏBİB-in fəaliyyətinə də son dərəcə sərt münasibət göstərir. O bildirir ki, Azərbaycanda Səhiyyə Nazirliyi olduğu halda paralel qurum yaratmaq məntiqsizdir və TƏBİB-in fəaliyyəti səhiyyənin idarəetməsini parçalamaqdan başqa bir şey deyil: "Azərbaycanda TƏBİB adlı qurum olmamalıdır. Səhiyyə Nazirliyi olan yerdə nəyə lazımdır bu qurum? Orada ancaq "pul qırmaq"la məğuldurlar. TƏBİB dərhal ləğv edilməlidir".
Müsahibədə xaricdə tibbi təhsil məsələsinə də toxunulur. Professor bəzi ölkələrdə, xüsusən də Türkiyədə uzmanlıq təhsilinin daha çox kommersiya yönümlü olduğunu, elmi yanaşmanın isə geri planda qaldığını qeyd edir. O, qeyd edir ki, Türkiyədə uzmanlara elm yox, biznes öyrədilir və onlar hamısı bisavaddır.
Sözügedən müsahibəni təqdim edirik:

Şərhlər
Yeni klinikanın rehberi olmuş Barat EGE hospitalda o qeder icbari tibbi sigortanin pulunu goye sovurdu nese etdiler?Xeyr çünki o puldan yuxarı çatmasaydı çoxdan basmışdılar içəriyə.Ona görə ört basdır etdilər sohbeti.
Düz ləğv olunmalıdır. Özəl klinikalar dələduzlar və... yuvasıdır
Özəl Xəstəxanalarla yanaşı TƏBİB ləğv olunmalı, hüquqları əvvəlki kimi Səhiyyə Nazirliyinə verilməlidir. Həqiqətəndə Özəl Xəstəxanaarda özbaşnalıqlar hökm sürür, belə ki, həkimin qəbuluna gedib müaicə olunmaq üçün bu başdan 30-35 manat pul ödəməlisən ki, həkimin üzünü görə biləsən. Şəki də fəaliyyət göstərən BONUM və Alyans Klinikasında müaicə olunmaq üçün həkimin qəbuluna getmək istəyirsənsə bu başdan 30-35 manat pul ödəməlisən. Pulu ancaq həkimin göstərdiyi xidmətə görə pul ödəməlisən, işər hamısı camaatı soaymaq üçün əvvəgədən düşünülmüş, özlərinin şəxsi maraqarı üçün xalqı soymaq üçün bir tələ qurublar. Özəl və dövlə xəstəxanalarda köklü yoxlama işlərinə start verilməlidir, çünki xəstəxanalarda özbaşnalıqlar hökm sürür.......? Bir Sürücülük üçün sağlamlıq Arayışını 200 manata Qorxmaz həkim pul istəyir, xəstəni- sağlam kimi qeyd etmək üçün.
Əgər xidmətlər pulludursa.ozamanölkədə vahid tarif üzrə hərəkət edilməlidir.Ümumiyyətlə ölkənin resusrsları imkan verir ki.bir çpx xidmətlər.o cümlədən səhiyyə xidmətəri insanlara pulsuz göstərilsin.
Tamanile dogrudur
Ela.
AZƏRBAYCAN HƏKİMLƏRİ SOVET DÖVRÜNDƏ DƏ RÜŞVƏT ALIBLAR. İNDİ DƏ ALIRLAR. ÇƏRKƏZ HƏKİMİN İŞLƏDİYİ CƏRRAHİYYƏ KORPUSUNDA NİYƏ HƏKİM QƏBULU PULLUDUR?
HÖRMƏTLİ. ÇƏRKƏZ HƏKİM NAĞIL DANIŞIR. SOVET DÖVRÜNDƏ YALNIZ AZƏRBAYCANDA HƏKİMLƏR PULSUZ TİBBİ ƏMƏLİYYAT APARIRDILAR. RUSİYADA İNDİ DƏ HƏKİMLƏR XƏSTƏNİ PULSUZ MÜALİCƏ EDİRLƏR. ÇƏRKƏZ HƏKİMİN İŞLƏDİYİ CƏRRAHİYYƏ KORPUSU DÖVLƏTİN OLSA DA TİBB UNİVERSİTETİNİN "ALİM HƏKİMLƏRİNİN QƏBUL PULLUDUR. NİYƏ AY ÇƏRKƏZ HƏKİM.? AZƏRBAYCANDA LƏYAQƏTLİ, VİCDANLI HƏKİM TƏK- TƏKDİR.
Özəl xəstəxanalar bağlanmalıdır
Doğrudur... səhiyyə bərbad vəziyyətdədir!
Səhiyyədə uzun illər yaramazlıqların.xalqı talan edən soyan səhiyyənin buynuzlu oliqarxları ilə hökumətin gizli əlaqəsi,anlaşması lar var.Yoxsa bu biabırçılıqlar illərlə davam etməz!
Səhiyyə nazirliyi sə Mukayıl Cabbarova vüeilnəlisir..
Təqribən 6-7 ay bundan əvvəl Əhmədli metrosunun yaxınlığında olan Medikal Sentr adlı tibb mərkəzinə müraciət etdik . Orada Şamxal adlı həkim bildirdi ki , müayinə üçün 260 manat xəstəxanaya istəyəcəksiniz mənə isə Nagdi 50 manat ödəyəcəksiniz .Sonra biz həmin müayinəni EGE hospital da cəmi 140 maya etdirdik Bəli bəzi tibb mərkəzləri xəstələrdən ancaq aldadıb pul qoparmağa çalışırlar . Axı səndə müsəlmanam bir az insafın olsun.
Əslində TƏBİB də elə onun əkiz tayı olan Səhiyyə nazirliyi də birlikdə ləğv edilsə daha yaxşı olar. İkisi də bir bezin qırağıdır. Belə görünür ki, hökumət iri buynuzlu səhiyyə oliqarxları ilə bacara bilmir.Odur ki, problemləri həll etməmək üçün özünü karlığa vurmaqla məısələdən yayınır. Bir şeyi də deyim haqq yerini tutsun. Bizdə bütün həkimlər yırtıcıdır.Yırtıcı olmayan həkim yoxdur Və bu acgöz sürü ilə bacarmaq gerçəkdən də çox çətindir.
100 % BELEDIR...!
AllAH can sağlığı ,uzun ömür versin amin.məni həyata qaytaran savadlı həkim,gözəl insan.qida borusu axalaziya daralma məni həyata qaytardı. Su da icə bilmirdim. Cox sağ olun kaş sizin kimi həkimlər cox olaydı
Səhiyyədə yoxlamalar aparılmalıdı
Univeritetləıdə rüşvətin 1980-cı lldən geniş vüsətt almasınln səbəbi hamıya gün kimi aydlndır.Bu problem hakimiyyətin iş üslubundan irəli gəlib.niyə qanundan göstərildiyi kimi rüşvət verənlər də rüşvət alanlar kimi eyni maddə ilə cəzalandırılmalıolduğu halda cəzadankənarda saxlanılır ? Qanun yarı tətbiq olunur.Rüşvətin bpyük hissəsiçatan adamisə kənarda qalır.məsələn Mahmdov,Abutalıbov .Məmmədovlar.vəzifədəolan YAP-çılar və sair.
Çox sağolun ki ,düzünü deyirsiz Azərbaycanda səhiyyə,təhsil,yol polisi iki hissəyə bölünüb , bu biabırçılıqdır adam utanır xəcalət çəkir bunları idarə etmək çox çətindir çünki rüşvətxorluq mənbəyidir . İnşallah dövlətimiz ayılıb bu öznəbaşlığın axırına çıxacaq necə ki ermənilərin axırına çıxdı
Səhiyyədə iikili idarəçilik səhiyyəni qarışıq hala salıb.Bu azərbaycan xalqına düşmənçilikdir.Hərə bir özəl kinika açıb quldurluq,soyğunçuluq edir.Maraqlı orasıdır ki,hakimiyyət kənardan seyr edir.Ax ıı oralarda insanlara qarşı sayqıszlıq,xidmətlərin bahalığı əı çatmazlığı sadəinsanların məcburi olaraq xidmətdən kənar qalmasına rəvac verir.Azərbaycanda shiyyə qiymətləri dünyanın 90 faiz ölkəsindən bahadır.bu isə insanların müraciət etməsinə imkan vermir,xəstəliklər ağırlaşır.ölüm halarının sayı artır.Hökumət isə bununla maraqlanmır.
Özəl xəstəxanalar yox , TƏBİB bağlanmalıdır