Menu

TANINMIŞ MƏİŞƏT TEXNİKASI MAĞAZASININ FAƏLİYYƏTİ DAYANDIRILDI - Nazirlik məlumat yaydı

20.12.2025, 11:02
TANINMIŞ MƏİŞƏT TEXNİKASI MAĞAZASININ FAƏLİYYƏTİ DAYANDIRILDI - Nazirlik məlumat yaydı

Mingəçevir şəhərində yerləşən "Baku Electronics" MMC-yə məxsus məişət avadanlıqlarının satışı mağazasında yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar zamanı nöqsanlar aşkarlanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb.

Həmçinin daxili yanğın kranları işlək vəziyyətdə deyil, obyektin zirzəmisində qeyri-standart elektrik qızdırıcısından istifadə edilir, obyekt odsöndürən balonlarla təmin olunmayıb.

Bundan başqa, obyektdə yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, zirzəmidə təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır, zirzəmidə müxtəlif təyinatlı otaqlar tikilərkən qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmayıb.

Bildirilib ki, obyektin birinci mərtəbəsində fəaliyyət göstərən satış mağazasında havalandırma sistemi mövcüd deyil, daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib, ⁠tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq obyektin anbar sahəsi çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşdirilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sözügedən məişət avadanlıqlarının satışı mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

"AzPolitika.info"

Şərhlər

Nigar 2025-12-24 17:53:31

Bəlkə elə Kontakt home edib bunu cunki wexsen kontaktdan yox Baku Electronics cox Adam alış veriş edir kontakt home varsa demeki coxlari baglanacaq ele qeydiyatin beyaneme olunmaqi hamsi kontakt

Nazarata nazarat 2025-12-22 12:03:42

Haqqi catsaydi baglanmazdi nece ildi işliyir bu nece ilde niye gedib yoxlamamisiniz ayibdi VAllah fovqaladeninde bu deyqe söydurejekler nese cörek veren olun alan yox

Debil Kərimova 2025-12-22 05:51:53

Sevil kimi şıkılara görə elə ölkə batır

Aysel huseynova 2025-12-22 01:09:43

Pullarin vaxtinda vermeyende bele edirler.onsuz cox yerde beledi qanunsuzdu tehlukelidi amma pullarin verib islerin gorurler

Adsiz 2025-12-21 09:16:47

Haqqi vaxtinda catdirmayiblar yeqin

Sevil Kərimova 2025-12-20 21:40:40

Pinar Kids mağazası başdan ayağa təhlükədi. Heç bir təhlükəsizliyə nəzarət etmirlər

Aytəkin 2025-12-20 19:56:36

Orda uşaq mağazası var Pınar kids içərisində piletqa işlədlili anbarında həm kuxnadı həm anbar birdə adı ofis olan həm yatırlar həm yemək yeyirlər orda içərdə konbiyə oxşar isidici var adam gelən kimi gizlədirlər anbarda karobqaların arasında mağazasının içindədə qaz balonu var amma suroku keçib gedin oranı da araşdırın orda da çox nöqsanlar taparsınız

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol