Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri (2020-2024) Səbuhi Məmmədov "TNS TV"-nin efirində Prezidentin Naxçıvandakı sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin fəaliyyəti ilə bağlı şok fikirlər səsləndirib.
"AzPolitika" xəbər verir ki, S. Məmmədov bildirib ki, Fuad Nəcəfli vəzifəyə başladıqdan sonra Naxçıvanda idarəetmədə kollegiallıq prinsipi pozulub, qərarlar institusional mexanizmlərdən kənar, əsasən şəxsi iradə ilə qəbul edilib. Onun bildirdiyinə görə, bu yanaşma xüsusilə dövlət vəsaitlərinin xərclənməsində özünü açıq şəkildə göstərib.

Sabiq Baş nazirin açıqlamasına görə, 2023-cü ilin aprel–may aylarında Naxçıvanda keçirilən bir tədbir üçün 5 milyon manat vəsaitin ayrılması Fuad Nəcəflinin birbaşa tələbi olub. S. Məmmədov bildirib ki, bu vəsaitin xərclənməsi üçün uzun müddət icraçı qurum tapılmayıb, çünki heç bir dövlət orqanı bu qədər böyük məbləğin qısa müddətli tədbirə yönəldilməsində məsuliyyət daşımaq istəməyib. Nəticədə vəsait müxtəlif mənbələrdən — ehtiyat fondundan, Mədəniyyət Nazirliyinin büdcəsindən və əvvəlki illərə aid tikinti vəsaitlərindən toplanaraq Turizm Departamentinə yönləndirilib. Səbuhi Məmmədovun sözlərinə görə, 3–4 saatlıq tədbir üçün 4,7 milyon manata yaxın vəsaitin xərclənməsi nə iqtisadi, nə də hüquqi baxımdan əsaslandırıla bilərdi. O bildirib ki, tədbirdən sonra Fuad Nəcəfli xərclərin bir hissəsinin artıq olduğunu etiraf edib və 3,5 milyon manatın büdcəyə qaytarılacağına söz verib, lakin bu vəsait geri ödənilməyib.
Sabiq Baş nazir deyib ki, həmin dövrdə Fuad Nəcəfli özünü toxunulmaz və əvəzolunmaz fiqur kimi aparırdı: “O, heç kimdən çəkinmirdi, heç bir dövlət mexanizmini nəzərə almırdı. Qərarları nəticələrini düşünmədən verirdi”.
S. Məmmədov əlavə edib ki, israf olunan vəsaitdən doğan 700 min manatdan artıq ƏDV-nin də Türkiyədəki şirkətlərin üzərinə yazılması ayrıca hüquqi suallar yaradır.
Səbuhi Məmmədovun sözlərinə görə, Fuad Nəcəfli Naxçıvanın idarə olunmasında rəsmi statusu olmayan şəxslərə geniş səlahiyyətlər verib. Bu şəxslər dövlət qurumlarının işinə açıq şəkildə müdaxilə edib, iclaslarda iştirak edib, tikinti və abadlıqla bağlı qərarlara təsir göstəriblər. Bu cür müdaxilələr nəticəsində - bəzi məktəb binaları əsassız şəkildə sökülüb, rayon icra hakimiyyətlərinə qanunsuz tapşırıqlar verilib, milyonlarla manatlıq layihələr tender prosedurları olmadan icra edilib.
Sabiq Baş nazirin açıqladığı ən ciddi məlumatlardan biri də dövlət ehtiyatlarında saxlanılan ərzaq məhsulları ilə bağlıdır. Onun sözlərinə görə, dövlət vəsaiti hesabına alınmış, dəyəri 6,5 milyon manata çatan minlərlə ton buğda ayrı-ayrı şəxslərə paylanıb. S. Məmmədov bu faktı belə qiymətləndirib: “Dövlət ehtiyatı şəxsi mülk deyil. Onun bu şəkildə paylanması idarəetmədə məsuliyyətsizliyin və səlahiyyət həddinin aşılmasının bariz nümunəsidir”.
Səbuhi Məmmədov qeyd edib ki, Fuad Nəcəflinin fəaliyyəti dövründə səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrinə ciddi zərbə dəyib. Onun fikrincə, bu sahələrin əvvəlki vəziyyətinə qaytarılması uzun zaman və böyük resurslar tələb edəcək. Sabiq Baş nazir vurğulayıb ki, Naxçıvanda yaranmış vəziyyət təkcə fərdi səhvlərin yox, idarəetmədə sistemli problemlərin nəticəsi idi.
Səbuhi Məmmədovun fikrincə, bu faktlar hüquqi müstəvidə araşdırılmalı, dövlət vəsaitinin xərclənməsində məsuliyyət prinsipi bərpa olunmalıdır. O, hesab edir ki, yalnız bu halda Naxçıvanda cəmiyyətin itirilmiş etimadı geri qaytarıla bilər.
Ətraflı videoda:

Şərhlər
İstər beş-on « diplomu »olan ,xaricidən sertifikat alan ,iki -üç dil bilən « gənc » kadırlar ,istərsə Ramizin kadrları idarə edə bilmirlər,çünki onları xalq seçnir ,məsuliyyət daşımırlar və korrupsiya bataqlığında boğulurlar i
Artıq oğurluğun miqyası elə böyüyüb ki, 3.5 milyon manat, rəhmətlik metro Tağı demişkən, kimlərəsə "semişka" puludur...
Həqiqətəndə Şəki sanki öşəlləşib ? Tam özbaşnalıqdır, " Qocalar Evi"ni xatırladır ! 15 ildə İcra Başçısı olar ...?
O Səbuhi Məmmədovun özü nə qədər mənimsəyib qoy özü açıqlasın. İllərlə Mərkəzi Bankıa, Maliyyə Nazirliyinə rəhbırlik edib, sonra Baş nazir olub. Təkcə bir faktı demək kifayətdir ki, Mərkəzi Bamka rəhbərlik edəndə hər həftə Bakıda yaşayan oğluna 20 000 manat pul köçürürdü. Hardan alırdı o pulları?
fuad nəcəflini haradan tapıb bu boyda məsul vəzifəyə təyin etdirdilər ?
Üç dörd milyon yeyinti nədirki. Şəkidə illərdir pul yeyilir talanır dövlət nəzarət orqanları səsini çıxarmır yoxlamır. Çünki yoxlamaçıların haqları çatır cibləri dolur. Şəkidə son 15 ildə yiyilən pullarla Qarabağı yox Bakını söküb tikmək olardı. Görünür hamısı əlbirdir.
Naxçıvanlıların çöreyinin duzu yoxdur:İt kellesini de xonçanın üstünə qoysalar yenə haqqı danılacaqdır.Kimleri adam edib ortata çlxarmadı ne xeyri yene de haqq danıldı.Ümud yenə de Allahadlr.
Naxçıvan və digər rayonları da Azərbaycanın şəhər və rayonları kimi struktura çevrilməli,,Naxçıvan Nazirlər kabneti ləğv olunmalıdr.Bu artıq xərclərə və səviyyəsiz idarəiliyə son qoyulmalıdır.
NOLDU...? ARAŜDIRILDI..? PROKURORLUG. NEYI GŎZLEYIR? DTX NEYI GŎZLEYIR....? PREZIDENTIN ƏMRINI ...? ŎZLERI NEYE LAZIMDIR ..?