Düşmənin kəşfiyyat-təxribat qrupu xeyli sayda itki verərək geri çəkilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Ermənistan mətbuatı Azərbaycan tərəfinin təmas xəttindəki ərazilərini minaladığı barədə xəbər yayıb. Məlumatlarda Azərbaycan ordusunun təmas xəttində diversiya əməliyyatı keçirmək istədiyi, bu məqsədlə təmas xəttini minaladığı, Ermənistan silahlı birləşmələrinin isə operativ şəkildə ərazini minalardan təmizlədiyi və əməliyyatın onlar üçün uğurlu başa çatdığı iddia edilir.

Amma erməni mətbuatının yazdığı kimi Milli Ordumuzun təmas xəttində irəliləyərək qarşı tərəfin mövqelərinə yaxın yerləri minaladığı o qədər də real görünmür. Bunu həm də təmas xəttinin 250 metrliyində yerləşən Tərtərin Qapanlı kəndinin sakinlərinin müşahidələri də sübut edir.

Sakinlərin sözlərinə görə, ötən gün səhər saatlarında ərazidə Ermənistan silahlı birləşmələrinin aktivliyi müşahidə olunub.

Ehtimala görə, qarşı tərəf özü minaladığı ərazini təmizələyərək Azərbaycan mövqelərinə növbəti hücum planlışdırırmış. Saat təqribən 11:30 radələrində isə parlayış səsi eşidilib. Ermənistan tərəfinə məxsus hərbi avtomaşın minaya düşərək partlayıb.

Otlaq sahəsində qoyun otaran çobanların sözlərinə görə, əraziyə xeyli sayda texnika cəlb edilib. Sakinlərin sözərinə görə, gecə saatlarına qədər Ermənistan tərəfi əraziə hərbi texnika cəmləməkdə davam edib.

Hava qaralandan sonra isə Qapanlı kəndi və Mili Ordumuzun mövqeləri atəşə tutulsa da, cavab atəşilə susdurulub. Ermənistan təfrinin ərazinin minalanması ilə bağlı yaydığı məlumata münasibət bildirən Azərbaycan Müdafiə Nazirlyi bəyan edib ki, Azərbaycan Ordusu cəbhənin həmin istiqamətində heç bir aktivlik göstərmir.

İndi isə məlum olur ki, erməni kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Və çox güman ki, bu zaman da minaya düşüblər. Azərbayacan ordusu da dərhal müdaxilə edərək düşmənin kəşfiyyat-təxribat qrupunu zərərsizləşdirib, bir üzvünü də ələ keçirib.  Müdafiə Nazirliyinin məlumatında bildirildiyi kimi, erməni kəşfiyyat-təxribat qrupunun üzvlərindən xeyli sayda ölən və yaralananların da olduğu şübhə doğurmur. Ancaq düşmən həmişə olduğu kimi yenə bunu gizlədir.

Murad MƏMMƏDOV

AzPolitika.info

 

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…