Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tiklilərə çıxarış almaq mümkün olacaq.
Xezerxeber.az-ın xəbərin görə, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında təqribi 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri yaşayış sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində vaxtı ilə tikilən evlərdir.
Ekspert Ramil Osmanlı deyir ki, sənədsiz evlərin leqallaşdırılması bir mərhələdən ibarət deyil. Proses əsasən torpaq sahəsinin hüquqi statusundan asılı olaraq dəyişir. Ekspert deyir ki, bəzi hallarda torpaq sahəsinin yenidən bələdiyyədən alınması zərurəti yaranır ki, bu da əlavə maliyyə öhdəlikləri deməkdir.
Ekspert deyir ki, praktikada bu məbləğ bəzən 3500-4000 manata qədər arta bilir. Amma torpaq sahəsi artıq hüquqi baxımdan problem yaratmırsa və yalnız özbaşına tikilinin ilkin qeydiyyatı aparılırsa, xərclər nisbətən azalır. Bu halda əsas ödənişlər texniki pasport və çıxarışın alınması ilə bağlı olur.
Burada da orta hesabla çıxarış üçün rüsum və xidmət haqları 200 manata qədər, texniki pasport isə 200-300 manat təşkil edir. Ekspert deyir ki, ümumilikdə, ölçülərdən asılıdır, amma xərclər təqribən 500-1000 manat aralığında olur.

Şərhlər
Rüşvətsiz bu məmləkətdə heç nə olası deyil. Rüşvət yığmaq üçün bun edirlər yəqin gəlirləri azalıb
Sorada deyiller niye kende qeden yoxdu )))
Təkcə bələdiyə torpaqları deyil,elə götürəm minlərlə tikilən hündür mərtəbəli binaları artıq həmin evlərin hər km ən aşağı 0,50 qəp,mərkəzlərdə isə 1,2 man hər ay sakinlərdə vəsait geyri qanunu çöldən çölə yığılır kimlər tərəfindən artıq bunu hamı bilir dad hansısa kənardan idarə edənin ad isə yazığ bina sakinlərinin,bu məbləğləri bir yerə cəm etsələr ən azı dövlət büdcəsinin 7,8%- zi deməkdir.
Cox xahis edirem Allah xatirinə körpəlırimizin xatirinə. Sənətlərmizi verin qaz çəkəy evdə balaca uşaqlar var qoca anam var Allaha and olsun soyuqdan canımız qızmır pletka ilə. Allaha xatir tez başlayin bu işlərə
Zəhmət olmasa problemimə baxasınız sənədin yoxdu deyə qaz çəkilmir iki az yaşlı övladım donur evin içində soyugdan.
Salam sənədin olmadığı üçün qaz çəkilir iki az yaşlı övladım soyuqdan donur.
Yasamal rayonunda1-ci Alatava da olan 1 soyunun qiyməti neçəyə çıxır
Hörmətli Ekspert, Bələdiyyələrdən öncə, ya sayılmaz dövründə torpaq şəhər və ətrafı (Təsərrüfat yararlı-təyinatlı olmadığından!) ailəyə altı sot norma ilə rəsmən torpağa dəyər və sənəd tələb edilmirdi? İstər ərazi-torpaq, istərsə də mənzil-tikinti normasının hədd və dəyəri *geriyə doğru* necə qiymətləndirilə bilər? Əslində bu halı bələdiyyədən də yuxarı qərar və nəzarətçi orqanların bürokrat münasibətindən yaranıb.