Menu

BAKININ 7 RAYONUNDA SÖKÜNTÜ BAŞLAYIR - Hansı ərazilər plana düşüb? + VİDEO

16.01.2026, 21:40
BAKININ 7 RAYONUNDA SÖKÜNTÜ BAŞLAYIR - Hansı ərazilər plana düşüb? + VİDEO

Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır. Artıq bəzi ünvanlar da bəllidir.

"AzPolitika" xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı Xəzər TV-yə məlumat verib.

O deyib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205, 2-ci mədən küçəsi, Sabunçu rayonunda Səməd bəy Mehmandarov, Suraxanı rayonunda Səttar Bəhlulzadə və Vladimir Balandin küçələrində binalar söküləcək.

Söküntüsü nəzərdə tutulan ərazilərə 18 zonanın daxil olduğu deyilir.

Vüqar Orucun sözlərinə görə, bundan başqa, qəzalı binalarla bağlı da böyük layihə baş tutacaq.

O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb.

Daha ətraflı videoda:

Şərhlər

Ramin 2026-04-06 22:25:40

Ceyhun Hacibeyli kucesi bina 64də pis vəziyyətdədir.

Səbuhi 2026-01-18 11:06:10

Binəqədi rayon Dərnəgül qəsəbəsindəki yataqxana binaları pis vəziyyətdədir

Cəmşid Dərələyəzli 2026-01-17 15:30:47

Dəfələrlə demişik və bir daha da deyirik ki, Hökümət bu əllaməliyə müvəqqəti son qoyub, bütün tikini qüvvələrini Qarabağa yönəltməli, Qayıdışa təkan verməlidir. Yoxsa bu gedişlə bir milyon insanın qayıdışı 100 il çəkəcək, bəlkədə çox.

Rustem 2026-01-17 00:19:58

Sebayil rayonda helede qezali iki mertebeli ev sokulmiyib goresen hacan plana duwecek

Memmedova Seadet 2026-01-16 12:08:44

2 ci alatava wehere giriw probkalar pis gunde qezali evler xahiw olunur ora ilede maraqlanasiz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol