Menu

Ukraynada on minlərin mitinqi davam edir -(FOTOLAR)

24.11.2013, 21:12
Ukraynada on minlərin mitinqi davam edir -(FOTOLAR)

Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenkonun abidəsi önündə avrointeqrasiya tərəfdarlarının mitinqinə on minlərlə adam toplaşıb.  Aksiya iştirakçılarının əlində müxalifət partiyalarının bayraqları var.

Etirazçılar Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırmasına qarşıdırlar.

Yerli mətbuatın yazdığına görə, meydana toplaşanlar 100 mindən çoxdur.

Hakimiyyət nümayəndələri Ukraynanın “UDAR” müxalifət partiyasının lideri Vitali Klitschkonun mitinqə vaxtında qoşulmasına maneə yaradıblar. Bu barədə partiyanın rəsmi saytında məlumat yer alıb.

Bildirilir ki, yerli aeroport V.Klitschko Kiyevə qayıtdığı təyyarəni qəbul etməkdən imtina edib. Klitschko Avpova siyasətçiləri ilə görüşlərdən qayıdırmış. Partiyanın yaydığı məlumata görə, partiya liderinin olduğu təyyarə başqa şəhərdə yerə enməli olub.

Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenkonun abidəsi önündə avrointeqrasiya tərəfdarlarının mitinqi başlayıb.

Aksiya iştirakçılarının əlində müxalifət partiyalarının bayraqları var.

Etirazçılar Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırmasına qarşıdırlar.

Bir neçə gün öncə parlamentin yaxın vaxtlarda Avrointeqrasiya ilə bağlı qanunlar qəbul etməyəcəyi bəlli olandan dərhal sonra «Batkivşina» fraksiyasının rəhbəri Arseniy Yatsenyukdan mitinq çağırışı gəlib. O, Avrointeqrasiya tərəfdarlarını noyabrın 24-də Kiyevin mərkəzi meydanında mitinqə səsləyib. Lakin narazılar təyin olunan vaxtı gözləmədən sosial şəbəkə vasitəsilə təşkilatlanaraq noyabrın 21-i də mitinq keçiriblər. Müxalifət partiya liderləri aksiya iştirakçıları qarşısında çıxış edərək insanları küçələrə çıxmağa, hakimiyyətə təzyiqi artırmağa və vədlərin yerinə yetirilməsini tələb etməyə çağırıblar. Gecə meydanda milislə toqquşma da qeydə alınıb.

Kiyev rəhbərliyinin xahişi ilə yerli məhkəmə noyabrın 22-dən yanvarın 7-ə qədər kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol