Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.
“AzPolitika” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov Əmr imzalayıb.
Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı baş məsləhətçi vəzifəsini itirib.
Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının Əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi təyin edilib.

Şərhlər
Niye biz beleyik??? Memurlar elebil bizim qandan deyiller,,,
Hec teecublenmedim teyinatina zaten bu tip adamllari teyin edirler ki , vezifeye daha da cox ezsin insanlari..Qanun yaxsi seydir eger hami ona emel edirse ..yoxsa hansisa memur ve yaxud agir cekili memur ozunden asafidakilarini incidirse diger icraedici memurlar da ona qanuna esasen tesir gostere bilmirse onda hansi edaletden danismaq olar ki ???
Gör bu nə qədər « yaxşı » işçidir ki ,başçı onu yanından uzağa buraxmır Yəqin Fərəcova kalan « alma » yedizdirib .Molodes ,uşaqda fərəsətə bax ( Fərəcə fərəsətlə qulluq edir )
Zakirin özünü işden çıxarmaq lazımdır