“Vensin Ermənistana səfəri çərçivəsində ABŞ–Ermənistan arasında nüvə əməkdaşlığı, modul tipli atom elektrik stansiyaları üzrə aparılan danışıqlar faktiki olaraq Süni İntellekt (AI) üçün enerji bazasının qurulması deməkdir”.

“AzPolitika” bildirir ki, bu barədə keçmiş millət vəkili Etibar Əliyev “facebook” səhifəsində yazıb.

E.Əliyev vurğulayır ki, məsələ Metsamordan sonrakı mərhələyə keçid və təxminən 9 milyard dollarlıq investisiya ilə Ermənistanın enerji sisteminin ABŞ texnologiyası üzərindən yenidən qurulmasındadır.

“Ermənistan ilk dəfə olaraq süni intellekt və yüksək hesablama üçün uzunmüddətli, stabil və yüksək güclü enerji mənbəyi əldə etməyə yaxınlaşır”, - deyə, o, qeyd edib.

E.Əliyev dünya siyasətinin memarı, Sülh üzrə Nobel mükafatı laureatı Henri Kissincer ömrünün sonuna yaxın Kreyq Mandi və Erik Şmidtlə yazdığı "Genezis" kitabındansitat gətirir: "Özünüzə belə bir sual verin. Son 80 ildə daha çox nüvə başlıqları, yoxsa atom elektrik stansiyaları yaradılıb? İndi dünyada nüvə başlıqlarının sayı 12.500-dür və bu rəqəm getdikcə çoxalır. Çin öz nüvə potensialını sürətlə artırır. Müqayisədə bütün dünyada 436 nüvə reaktoru fəaliyyət göstərir. Atom energetikasının istehsalı dünyada 15,5 faiz azalıb. Bunun səbəbəbi Atom Elektrik stansiyalarında tez-tez baş verən qəzalarla bağlıdır. Texnoloji nailiyyətlərin nəticələri həm dağıdıcı, həm də səmərəli ola bilər. Bu, əlbəttə ki dövlətlərin niyyətindən asılıdır. Süni intellekt bir sıra xüsusiyyətlərinə görə nüvə parçalanmasından fərqlənir. Əminik ki, dövlətlər bundan dağıdıcı deyil, xeyirxah məqsədlər üçün istifadə edəcəklər".

Keçmiş deputat qeyd edir ki, Kissincerin bu çağırışı Amerika siyasətçilərini oyatdı: “Ermənistanda Metsamorun xarabalıqları qalıbsa, demək bunu dirçəltmək lazımdır. Bu addım nüvə başlıqları qədər təhlükəli olacaqmı? Hər halda bunu tarix göstərəcək...”

“AzPolitika.info”