Xəbər veridiyimiz kimi, Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.
Məlumatda qeyd olunur ki, Naxçıvanda adıçəkilən agentliyə 16 il ərzində rəhbərlik etmiş B. Əsgərov 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub. Ona qarşı irəli sürlən ittihamlar 2018-2023-cü illəri əhatə edir, bu müddətdə dövlətin xüsusilə külli miqdarda - 5 milyon manatdan çox vəsatini ələ keçirdiyi vurğulanır.
Qeyd edək ki, həmin dövrün 1 ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür. “AzPolitika”-ya daxil olan məlumata görə, F.Nəcəfli bu iş üzrə istintaqa cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib.
Qeyd olunur ki, iş üzrə epizodlardan biri NMR Taxıl Fondundan 6.5 milyon manat dəyərində taxılın qanunsuz olaraq ARF şirkətinə verilməsi ilə bağlıdır. Bu əməliyatdan əldə edilən vəsaitin keçmiş səlahiyyətli nümayəndə tərəfindən mənimsənildiyi iddia olunur.
Mənbə F.Nəcəflinin vəzifədə olduğu dövrdə davranışı, dövlət rəsmiləri ilə işgüzar münasibəti haqqında da informasiya verib. Qeyd olunur ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib. Onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib.
Əldə olunan çoxsaylı məlumatlar F.Nəcəfli kimi tamamilə yararsız kadrın belə yüksək posta təqdimatını verənlərin cəsarətinə həsəd yaradır. “O, qeyri-adekvat, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, hədsiz tamahkir şəxs idi”, - mənbə vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Bu məmurlar rüşvət.korrupsiyanı , büdcəni oğurlamağı bacaran şəxslərdir....
Gülməlidir: bunlar və dayıları təmizliyi evdəki hamam, sauna və buna oxşarların çox olması ilə hesablayırlar. Daha demirlər ki, nəfsi su ilə təmizləmək olmur.
Bəyəm təyin olunan hansı kadr işi irəli aparıb ki? Onlar ilk gündən çapıb talamaq üçün gəldiklərini düşüblər və bunu üçün ilk növbədə dost tanışlarını qohumlarını açar vəzifələrə təyin edirlər ki, səs küy çıxmasın. Xarici ölkə təhsillilər tamamilə iflasa uğradılar. Onlar şampun köpüyü kimidirlər. Heç bir kadr öv ixtisas profilinə uyğun yerləşdirilmir
Vaxt var idi Təyyarədən düşənə vəzifə verirdilər.
Bu da YAP=çıdır ?Bu partiya üzvləri niyə acgöz.rüşvətxor. korrupsionerdirlər? .biabırçılıqdır.
Ничего себе якобы некомпетентным зато 5 млн себе присвоил
fuad nəcəfli Naxçvandan əvvəl Sumqayıtda STP-də işləyib. orada da vecsiz bir işçi olub. sadəcə yəqin ki güclü day-dayı olub
Əvvəl bunu vəzifəyə təyin edəndə niyə yoxlamırdılar. Bizdə belədir də əvvəl dovşanın qulaqlarını kəsib sonra sayırlar.