“Dünyanın heç bir ölkəsində Ombudsman sosial hüquqların genişləndirilməsi, sosial müdafiənın təmin olunması məsələləri ilə məşğul olmur. Bu, həmin ölkələrdə siyasi partiyaların fəaliyyət sahəsinə aiddir, onlar öz aralarında müzakirə edirlər və nə edəcəkləri ilə bağlı vətəndaşlara vədlər verir. Ombudsmanın işi daha çox dövlət hakimiyyəti orqanlarının mövcud qanunvericiliyin tələblərinə nə dərəcədə əməl etməsini müəyyən etməkdir”.
“AzPolitika” bildirir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili çıxışında məhkəmə qərarlarının icrası problemini qaldırıb: “Hazırda bizim cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri odur ki, insanlar məhkəmələrin qərarlarından şikayətçidirlər və məhkəmələrdə ədalət tapa bilmədiklərini bildirirlər. Mən dəfələrlə qeyd etmişəm ki, güclü məhkəmə hakimiyyəti olmadan ölkədə heç vaxt sosial ədaləti təmin etmək mümkün deyil. Heç bir Ombudsman, heç bir dövlət və icra hakimiyyəti orqanı ölkədə qanunların aliliyini təmin edə bilməz. Bu günlərdə – 26 fevral tarixində – Baş nazir tərəfindən İqtisadi Şuranın iclası keçirildi və orada məhkəmə-hüquq sahəsinə dair məsələlər müzakirə olundu. Məni təəccübləndirən və təəssüfləndirən orada Ali Məhkəmənin sədrinin əyləşdirildiyi yer oldu. Bunun özü də cəmiyyət üçün bir mesajdır. Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin başında duran şəxsdir və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir adamdır. O, ən azından Baş Nazirin yanında əyləşməli idi. Amma nazirlərin arasında əyləşdirilmişdi və bu, hər halda yaxşı bir təəssürat yaratmırdı. Görünür, düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir. Orada yaxşı olardı ki, ictimaiyyətə həm də məlumat verilərdi ki, bu müzakirə nəyin əsasında keçirilib. Məhkəmələrdən daha çox icra hakimiyyəti orqanları şikayət edir, yoxsa sahibkarların narazılığı əsasında belə bir müşavirə keçirilib? İcra hakimiyyəti orqanları xüsusilə də inzibati məhkəmələrin qərarlarından şikayət verirlər ki, onlar vətəndaşların, sahibkarların hüquqlarını müdafiə edir, sahibkarlar da şikayətlidirlər ki, onlar məhkəmələrdə ədalət tapa bilmirlər”.
Q.Həsənquliyev vaxtilə Milli Məclisdə Ombudsman hesabat verəndə Gəncə İnzibati Məhkəməsi ilə bağlı qaldırdığı məsələni xatırladıb: “O zaman mən məsələ qaldırdım ki, bəli, bu məhkəmənin fəaliyyəti ilə, orada süründürməçiliklə bağlı mənə müraciət ediblər. Bu, bir neçə il bundan öncə idi. Bu günə qədər də o məsələ həllini tapmayıb. İş o yerə çatır ki, Ali Məhkəmənin sədri Gəncəyə səfər edir və həmin şəxs Ali Məhkəmənin sədri ilə görüşür və İnam Kərimov deyir ki, vətəndaşın hüquqlarını bərpa etmək lazımdır. Bundan sonra yenə Apellyasiya Məhkəməsi işi Konstitusiya Məhkəməsinə göndərir. Konstitusiya Məhkəməsi deyir ki, vətəndaşın hüquqları bərpa olunmalıdır, amma Konstitusiya Məhkəməsinin də rəyi nəzərə alınmır və İnzibati İşlər üzrə Gəncə Apellyasiya Məhkəməsi o qərarı ləğv edib göndərir Ali Məhkəməyə. Yəni sözüm ondadır ki, sahibkarlar illərlə öz hüquqlarını məhkəmələrdə qoruya bilmirlər. Biz bu barədə düşünməliyik ki, necə edək ki, məhkəmə hakimiyyətini gücləndirək”.
Millət vəkili əlavə edib: “İkincisi, doğrudan da çox ciddi narahatedici məqamlardan biri ondan ibarətdir ki, bununla bağlı insanların çoxu müraciət edirlər. Bu yaxınlarda mənə də vicdanlı alıcı məsələsi ilə bağlı müraciət etmişdilər. Hamınızda təsəvvür yaransın deyə bir nümunə çəkirəm. Dövlət təhlükəsizlik orqanının keçmiş zabiti mənə müraciət edir və deyir ki, onun yaxın qohumunun torpağını saxta sənədlər əsasında çıxarış alıb, başqasına satıblar. O da başqasına satıb, alan da digərinə. İndi ona deyirlər ki, sənin torpağın çıxarış əsasında satılıb və geri qaytarıla bilməz. Qanunvericilikdə də belədir və bu doğrudan da dəhşətdir. Məhkəmələrin işi ədaləti bərpa etməkdir. Bu, Konstitusiyada yazılıb, qanunlar da ədaləti müdafiə etməlidir. Məhkəmədə şəxs gəlib deyir ki, ilk sənədləri qadının adına saxtalaşdırıblar. Qadın gəlib deyir ki, mənim heç nədən xəbərim yoxdur. İcra hakimiyyətinin nümayəndəsi bundan xəbərsiz olduğunu deyir. Saxta sənədlər əsasında başqasının torpağını satırlar və çıxarış alırlar. Onun əsasında o da satır başqasına, o da digərinə. İndi insan deyir ki, mən torpağımı satmaq istəmirəm, torpağımı geri almaq istəyirəm. O deyir ki, yox, sən artıq torpağını geri ala bilməzsən, ona görə ki, onu alan vicdanlı alıcıdır. Burada sosial ədalət harada qaldı? Bunu da bununla əsaslandırırlar ki, guya mülki dövriyyənin sabitliyini təmin etmək istəyirlər”.
Millət vəkili təklif edib ki, bu istiqamətdə qanunvericiliklərdə də dəyişiklik edilsin. O, hesab edir ki, Ombudsman daha çox bu tipli məsələlərə diqqət yetirməlidir, xüsusilə də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə. “Biz dəfələrlə danışmışıq ki, burada da vəziyyət çox ağırdır. Biz indi xüsusi icra orqanlarının yaranması barədə də qanun qəbul etdik ki, bu sahədə işlər yüngülləşsin. O proses gedir, amma çox təəssüf ki, bu vəziyyət hələ də düzəlmir. Ona görə də, hörmətli sədr, Nazirlər Kabineti bu istiqamətdə İqtisadi Şuranın iclasında müzakirə keçirib, amma Milli Məclisdə də müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə ölkədə qanunvericiliyin vəziyyətinə dair dinləmənin keçirilməsinə çox böyük ehtiyac var”, - deyə Q.Həsənquliyev çıxışını yekunlaşdırıb.
“AzPolitika.info”

Şərhlər
Məhkəmə-Hüquq Şurasında, Ali Məhkəmədə , Vəkillər Kollegiyasında və Hakimlərin təyin olunmasıa Komissiyasında köklü kadr islahatları aparılmalıdır, çünki Tet imtahanlarından yüksək bal toplayan namizədlərin Hakim bə Vəkil olmasına imkan verilməmişdir. Aidiyyatı dövləti qurumları onlaın bu qanunsuz əməllərinə göz yummuşlar. Azərbaycan Beynalxalq Universitetini və Naxçıvan Dövlət Universitetlərinin diplomlarını əldə edən şəxslə Hakim və Vəkil olmuşlar ! Onların fəaliyyətləri yoxlanılmalı və hüquqi qiymət verilməlidir !
Hürriyyət də getmiş mənimlə bağlı silsilə xarakterli yazıya qarşı tərəfdən, yəni SDU, məhkəmə və prikurorluqdanb təkzibin edilməməsi onun obyektiv olmasının sübutudur . Bunu hürriyyət qəzetinin redaksiyasından dəqiqləşdirə bilərsiniz...
Hürriyyət də gedən bu silsilə yazıda məhkəmə və prokurorluq orqanlarının mənimlə bağlı hansı ədalətsiz addımlar atmaları, necə qanunların aliliyini qeyri müəyyən şəxsi maraqlarının təmin olunması səbəbindən heçə saymaları bütün incəlikləri ilə obyektiv formada dərc olunub ...
Mənim barəmdə obyektiv və hər tərəfli məlumat almaq üçün hürriyyət qəzetinin 2025- ci il 29 yul, 12 avqust nömrələrində barəmdə dərc olunmuş davamlı məqaləyə nəzər yetirnəyinizi xahiş edirəm
Məclisdə isiqlandirmaginizi Sizdən xahiş edirəm
Hörmətli Qüdrət müəllim DSMF kimi bir qurum Dövlətin adından Ali məhkəmənin çıxartdığı qərarı qəbul etmir. 5 ildir Məni süründürür pensiyamı bərpa etmir .
Mennen iki gat kredit cixirlar ... PENSIUADAN .. .NECE MEN DOLANIM NECE YAWIYIM. XESTE ADAMAM BAW MILLI MEHKEME HARA BAHIR KI ...
Azərbaycanda məhkəmə binası var və məhkəmənin adı var Məhkəmələrdə fəaliyyət göstərən şəbəkə şəkilli əlbir qanunları açıq sifarişli tapdalayan hakimlər dəstəsi fəaliyyət göstərir Bütün hakimlərin toxunulmazlıq səlahiyyəti əllərindən alınmalıdır və onların hər birinin iş fəaliyyəti yoxlanılmalıdır Əlbir hakimlər şəbəkəsinin çıxartdığı oyunlar bir başqadır ölkədə
Məhkəmələrin indiki vəziyyətinə baxanda sədr ən axırda oturmalı idi...
Yəqin ki, protokol qaydalarının kobud şəkildə pozulmasına görə və eləcə də Azərbaycan Respublikası Ali məhkəməsinə hörmətsizlik göstərilərək, onun sədrini tədbirdə protokolla müəyyənləşdirilən müvafiq yerlə təmin edilmədiyini üçün İnam müəllim protokol tərtibatçılarına öz iradın, heç olmasa şifahi formada, bidirib.
Azad məhkəmə sistemi və hakimlər azad olmayınca bu barədə düşünməyə belə dəyməz
Azad məhkəmə sistemi və hakimlər olmayınca bu barədə düşünməyə belə dəyməz
Bu baş nazir və onun iqtisadi komandası ölkədə elə vəziyyət yaradıblar ki, hökumətin bu yarıtmaz iqtisadi siyasətindən narazı olanlar artıq məmurlara olan etimadlarını itirirlər. Ötən illərdə insanlar arasında hökumətin iqtisadi siyəsətinə pozitiv münasibət göstərən tanıdıqlarımdan bir çoxu artıq digər şəxslərin neqativ fikirləri ilə razılaşırlar. Bunun əsas səbəbi isə iqtisadi komandanın yarıtmazlığıdır. İnsanların hər növbəti il həyat şəraitinin dahada yaxşılaşacağı ilə bağlı gözləntiləri yalnız varlı təbəqənin həyatında özünü göstərir, kasıblar isə kasıblaşmaqda davam edir. Eyni yanaşma ilədə protokolu hazırlayıblar və ali məhkəmənin sədrini aparıb otuzdurublar nazirlərdən sonra. Bunlardan başqa bir yanaşma gözləmək doğru deyil. Ümid edirəm ki, ölkə rəhbərliyi bu məmurlarla bsğlı lazımı qərar verəcək
Bəli razıyam Qudrət bəy hərdən vicdanının səsi ilə nəyisə deməyə çalışır.Qanuna hörmət olmayan yerdə dövlətə hörmət itir.Məhkəmə sistemimizdə ciddi problemlər var
SALAM , ALİ MƏHKƏMƏNİN SƏDRİ BAŞ NAZİRDƏNDƏ YUXARIDA OTURMAĞA SƏLAJİYYƏTLİ ALİ ŞƏXSDİR . DÖVLƏTİNƏ , CƏNAB PREZİDENTƏ , AZƏRBAYCANIN QANUNVERİCİLİYİNƏ , HƏTTA TUTDUĞU VƏZİFƏYƏ HÖRMƏT QOYAN VƏ PROTOKOL QAYDALARINA RƏAYƏT EDƏN BU HÖRMƏTSİZLİYİ ETMƏMƏLİYDİR . DEMƏLİ MƏMUR OZ BAŞINALIĞLIĞI VƏ QANUNLARIN TƏLƏBLƏRİNİ POZAN MƏMURLAR HƏLƏDƏ VAR , ÖZ BİLDİKLƏRİN ETMƏYƏ ÇALIŞIRLAR . LAKİN AZƏRBAYCANDA QANUN VAR , HAQQ VAR , BUNLARINDAN İCRASINI YERİNƏ YETİRDİRƏN - CƏNAB PREZİDENTİMİZDİR .
Mene shexsen Hec bir hugugi meslehet verilmeyib. Bütün mektuplar Shikayet et diyim teşkilata gönderilib ve onlarda nece ganunsuzluglar ediblerse, ele evde davan edibler.
Bir ildir, məlum məsələ ilə əlaqədar əlimizdə sübut üçün istənilən qədər video, şəkil, haqqı deyən insanlar olduğu halda Sumqayıt mülki, daha sonra Apelyasiya məhkəməsi bizi süründürür. Qonşumuzun qanunsuz hərəkətlərinə göz yumur. Şərait yaradır
Düzdü məhkəmələrdə qanun yoxdu 8 ildi süründürməcilikdəyəm.Ali Məhkəməyə 2023 -cü ildə İnam Kərimov sədr gələndə fikirləsdik düzəlır ,əfsuslar lolsun.23 aprel 2024-cü ildə Konstitusiya məhkəməsi səhr verməsini baxmayarag Ali Məhkəmə öz bildiyini etdi qanunsuz qərarini verdi .Ali Məhkımə Konstitusiya məhkəməsinidə nəzərə almir .
Hörmətli Qüdrət müəllim,Azərbaycanda məhkəmə sistemi özünü elə aparır ki, sanki bu icra hakimiyyətinin hüquq şöbəsidir!
Hörmətli Qüdrət müəllim,məhkəmə sistemi özünü dövlət hakimiyyətinin bir sütunu kimi deyil,İcra Hakimiyyətinin hüquq şöbəsi,vəkili kimi aparır! Həm də , dövlətin Komissiyasına və qanunlarına sayğısızlıq nümayiş etdirərək!
Təzə sədrin vaxtında məhkəmələr ədalət tərəzisini "daş tərəzi" ilə əvəz ediblər. Görünür, "Məhkəmə MMC" təsərrüfat hesablı publik hüquqi şəxs yaranıb, xəbərimiz yoxdur.
Demokratik ölkələrdə belə hallar çox çətin müşahidə olinar.
Kənd təsərrüfatı nazirliyinə hüquqşünas deyil, o sahəni bilən başçılıq etməliydi. Hüquqşünasın kənd təsərrüfatından nə başı çıxa bilər ki? Bütün sahələr bu gündədi.
Bu ombusman ne ishle meshquldu?
Tam da olmasa bacardıqca həqiqətləri deyə bildi. Və bütün bunları dövlətimiz, hakimiyyətimiz, xalqımız üçün deyir ..