Livandakı erməni məhəlləsindən türklərə nifrət püskürən görüntülər yayıldı

Livan və bəzi digər Yaxın Şərq ölkələrindəki ermənipərəst ab-hava hər kəsə məlumdur.

“AzPolitika” xəbər verir ki, Türkiyəli bloqerlər Livanın paytaxtı Beyrutdakı erməni məhəlləsində çəkiliş aparıblar.

Həmin görüntülərdən məlum olur ki, bu məhəllənin divarlarından belə anti-Türk, anti-Azərbaycan təbliğatı, hətta faşizm yağır. Məhəllədəki evlərin, mağazaların divarlarına Azərbaycan və Türkiyə xalqlarına, rəhbərlərinə qarşı təhqiramiz ifadələr yer alır. Üstəlik, eyvanlarda Qarabğada məhv edilmiş qondarma separatçı qurumun “bayrağı” kimi tqədim olunan əski parçası asılıb. Ən acınacaqlısı da odur ki, Livan hökuməti bu biabırçı mənzərəyə heç bir reaksiya vermir...

Türkiyəli bloqerlər bu məhəlləni gəzdikcə, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin bir ifadəsini xatırlayırlar: “Sən Türk olduğunu unutsan belə, düşmənin əsla unutmaz”

Videonun müəllifləri ən çox küçələrdəki nasist atmosferindən təsirləndiklərini bildirirlər. Onlar həmçinin Türkiyədəki ermənilərə və Ermənistana gedən türklərə münasibəti müqayisə ediblər. Türkiyədə ermənilər yaşaya, işləyə, biznes aça, müəllim, həkim və hətta parlament üzvü ola bilərlər. Ermənistanda isə türkləri yalnız təhlükə və problemlər gözləyir.

Sonda bloqerlər azərbaycanlılara salam göndəriblər və əlavə ediblər ki, onlar Azərbaycanın separatçıları məhv etməsindən və Qarabağı azad etməsindən məmnundurlar.

C.Məmmədli

“AzPolitika.info”