Martın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.
“AzPolitika” bildirir ki, təqdimat mərasimində Konfederasiyanın, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, deputatlar, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.
Tədbir iştirakçılarından birinin verdiyi məlumata görə, açılışdan sonra komitənin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Videoçarxın uzun çəkməsi isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovu əsəbləşdirib.
O, “bizi bura kinoya baxmağa çağırıblar?” deyərək təqdimat mərasimini tərk edib. Millət vəkilinin gözlənilməz hərəkəti təşkilatçıların təəssüfünə, digər iştirakçıların isə marağına səbəb olub.
Qeyd edək ki, mərasimdə 2024-2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən, yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim olunub.
Rasim
“AzPolitika.info”

Şərhlər
Anar İsgəndərov dövlətimizin ən çətin dövründə Azərbaycan dövlətinin parçalanmasına yönəlik qondarma "Talış Muğan respublikasının" təhsil "naziri" və Əlikram hümbətovun ən inandığı adam, bu qurumun İlham verici, hərəkətverici, ideya verici bir şəxsi idi. Və bunu bilməyin yoxdur və hakimiyyət də gözəl bilir .İndi iqtidarının belə bir almağı necə sürüyüb parlamentə komitə sədri qoyub? Dəhşətdir
Adının Anar,soyadının İsgəndər olmasıonun sıf AzrbaycanlvəAzərbaycan türkü olduğunu təsdiqləmir.Yaxşıolar ki.onun əslini və nəcabətini.haradan necə və nə vaxt Azərbaycanda peyda olmalarına diqqət edənə,araşdırana ehtiyac var.....
Əlbəttə həmkarlar ittifaqları olmalıdır və bunlar finksional fəaliyyət göstərməlidirlər.
Elə "deputatlar" Milli Məclisdə həmişə kinoya baxırlar da! Onların xalqın hansı problemini müzakirə etdiyini ( elə MM kinoteatrdır.).ərar çıxardığını görmüsünüz?
Kiminin əvvəli, kiminin axırı... YAP-ın uğrunda həyatlarını risqə atanlar küncdə bucaqda bir tikə çörəyə möhtac amma Anar İsgəndərov kimi 20-20 il əvvəl bu dövlətə də, bu hakimiyyətə də qatı düşmən olduğu gün kimi aydın olan birisi Qanunverici orqanın təhsilinin başında durur, tədbirləri belə bəyənmir, hikkə göstərir...Bilmirəm bəlkə də elə düz edir......
"Tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən" tələbələrdən biridə keçmişdə Fərhad Əliyev olub. Deyilənlərə görə, indiki Memarlıq və inşaat universitetinin tələbə həmkarlar komitəsinin sədri kimi o zamanki dövlətin imkanı az olan tələbələrə verilməli olan imtiyazlı yemək talonlarını satırmış. Belə yaxşı praktikadan sonra dövlətin var-dövlətini elə məharətlə mənimsəyirdi ki, onun nazir zamanı müşavirlərindən biri deyirdi, "bu kənd balası iki ilə 2 milyard dollar oğurladı".
Mənasız pul yeyintisi olan qurumdur.
Əlikram Hümbətov Anarı “talış muğan respublikas”ının Təhsil naziri təyin etmişdi.professor Hacıbaba Əzimov sərancamı göstərmişdi.