Menu

Kadırovun oğlu mayor olub – VİDEO

26.03.2026, 23:24
Kadırovun oğlu mayor olub – VİDEO

Ramzan Kadırovun oğlu Adam Kadırov avtomobil qəzasına düşdüyü barədə xəbərlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq, sədrlik etdiyi Çeçenistan Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası iclasdan görüntülər paylaşaraq, Kadırovun oğlunun poqonlarına diqqət yetirib. Onun mayor rütbəsinə uyğun ulduzla bəzədildiyi görünür. Qeyd olunur ki, Adam Kadırovun cəmi 18 yaşı var və bu yaş həmin rütbəyə qətiyyən uyğun deyil.

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülərdə çıxışını kağızdan oxuyan Kadırovun oğlunun nitqi və “savadlılıq səviyyəsi” də xüsusi maraqla qarşlanıb.

“AzPolitika.info”   


Şərhlər

ƏNHU 2026-03-27 23:37:19

Bunlar Çeçenistanı xanlığa çevirdilər. Nə atada utanan bir sifət var, nə balada. Elmlə əldə edilə bilməyən məqam həyasızlıqla daha asan şəkildə əldə edilə bilir. Biz ancaq abırdan-həyadan əl çəkənləri hədəfləri uğrunda həyasızcasına dirəniş göstərənləri qalib olaraq görürük.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol