Sankt-Peterburqda yerləşən “Nikolskie Ryadı” kompleksinin yeni sahibi azərbaycanlı iş adamı Əsabil Qasımov olub.
"AzPolitika" "Banker.az"a istinadla xəbər verir ki, alınmış kompleksin balansında iki otel və şəhərin mərkəzində yerləşən bərpa olunmuş binada kommersiya daşınmaz əmlakı var.
Aktivin alıcıları Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik” MMC (60%) və Taleh Qasımova məxsus “Ekspo” MMC (40%) olub. Şirkətlər azərbaycanlı iş adamı, aqrar yönümlü “Karat Holding”in rəhbəri Əsabil Qasımovla əlaqəlidir.

Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3–3,5 milyard rubl (təxminən 51–59,5 milyon manat) ödəyib. Daha əvvəl “Nikolskie Ryadı” Andrey Yakuninə məxsus “Venture Investment and Yield Management” fondunun aktivlərinə daxil idi.
Obyektlərin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir. 1789-cu ildə inşa edilmiş keçmiş Nikolsk bazarının binası keçmiş sahibi (bundan öncəki) tərəfindən 2010-cu ildə 420 milyon rubla (təxminən 7,1 milyon manat) alınmışdı.
"AzPolitika.info"

Şərhlər
Niyə müvafiq qurumlar maraqlanmır ki.bu Əsabilə bu milyonlar haradandır?Bundan başqa Azərbaycan vəsaitləri ölkədən necə qaçırılb?
azərbaycanda mənimsənilib xaricə daşınan vəsaitlər Azərbaycana qaytarılmalıdır.Bu işin görülməsinin icrasına isə hakimiyyət müvafiq orqanlara ciddi tapşırıq verməli və icrasını daim nəzarətdə saxlamalı , xalqa bəyan etməidir.Soyğunçuluğun qarşısı alınmalıdır.
Azərbaycana niyə yatırmayıb bu vəsaiti ?
Azərbaycanda sahkarları Sovet rejimi incitməyib.Onları incidən yaramaz sistem olub ki, bu gün də hələ davam etməkdədir.Yuxarılarla əlaqəsi olmayan iş adamı,monopoist,iri sahibkar tanıyrsınız?
tesuf ki bu yatirimlar Azerbaycana qoyulmur ......Amma sebebi var Azerbaycanda helede Sahibkarlar incidilir. Sovet pisixalogiyasi helede qalib kohne kadirlarin beyninde polis icra qolu papkali yenede movcuddur gelin etiraf edek
Bu adamlar niyə Azərbaycanda hər hansı yola qazandıqlarını (əldə etdikərini )Rusiyada və ya başqa xarici ölkələrdə investsiyaya yatırırlar. Bu pulları Azərbaycanda cidd işərə yatırmaq doru olmazdım? Nə üçün nəzarət edilib vəsaitlərin ölkədən çıxarılmasının qarşısı alınmır?
Bu adamlar niyə Azərbaycanda hər hansı yola qazandıqlarını (əldə etdikərini )Rusiyada və ya başqa xarici ölkələrdə investsiyaya yatırırlar. Bu pulları Azərbaycanda cidd işərə yatırmaq doru olmazdım? niyə belə hallara göz yumulur? Nə üçün nəzarət edilib vəsaitlərin ölkədən çıxarılmasının qarşısı alınmır?