Menu

SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib

17.04.2026, 23:09
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib

Bundan sonra Hörmüz boğazından gəmilərin hərəkətinə yalnız İranın icazəsi və nəzarəti altında icazə veriləcək.

"Report" İranın Dövlət Televiziyası IRIB-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Komandanlığının bəyanatında bildirilib.

Məlumata görə, yalnız İrandan əvvəlcədən icazə almış mülki gəmilərin Hörmüz boğazından keçməsinə razılıq veriləcək.

"Bu tədbirlər atəşkəs müqaviləsi və Livanda atəşkəs müqaviləsinin qüvvəyə minməsi çərçivəsində görülür", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol