Menu

FUAD NƏCƏFLİ BAŞ PROKURORLUQDA DİNDİRİLİB – 10 milyonluq yeyinti işi

20.04.2026, 21:29
FUAD NƏCƏFLİ BAŞ PROKURORLUQDA DİNDİRİLİB – 10 milyonluq yeyinti işi

Naxçıvan Muxtar Respublikasında (NMR) Azərbaycan Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Baş Prokurorluqda aparılan istintaq çərçivəsində ifadə verib.

“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz məlumat verib.

O qeyd edib ki, F.Nəcəflinin istintaqa cəlb edilmə səbəbi 10 milyon manat dəyərində taxıl ehtiyatının satılaraq, pulunun mənimsənilməsi ilə bağlıdır: “Qeyd edim ki, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli ilə bağlı da iddialar var və məndə olan məlumata görə, o da Naxçıvanda baş verən özbaşınalıqla bağlı Bakıya çağırılıb. Həmçinin yeyintilər olan zamanlarda Ceyhun Cəlilov Baş nazir idi. Ancaq onu da vurğulamaq istəyirəm ki, bu, sabiq xüsusi nümayəndə ilə bağlı yeganə hadisə deyil”.

Xatırladaq ki, daha öncə də Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Fuad Nəcəfli ötən il noyabrın 12-də vəzifəsindən azad edilib. “AzPolitika” Fuad Nəcəflinin istintaqa cəlb edildiyi barədə fevralın 21-də məlumat yaymışdı (https://azpolitika.info/?p=819103)

“AzPolitika.info”

Şərhlər

Kazım 2026-04-21 12:44:02

Ölkənin xalqın talan qarəti davam edir və edəcəkdir

yusif 2026-04-21 08:14:50

Bəs BASİFİN TALAN ETDİYİ 100 MİLYONLARA GÖRƏ KİM MƏSULİYƏT DAŞİYİR

sadiq 2026-04-20 16:58:35

kimi rəhbər vəzifəyə təyin edirlər kresloya oturan kimi başlayır dövlət vəsaitini dağıtmağa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol