Menu

"Daha da yaxşı işləyəcəyəm" - Məzahir Pənahov

29.04.2026, 13:06
"Daha da  yaxşı işləyəcəyəm" - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən sədri seçilən Məzahir Pənahov haqqında yazılanlara münasibət bildirib.

"AzPolitika" xəbər verir ki, M.Pənahov "Manşet.az"-a açıqlamasında deyib:

“Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm”.

Daha sonra MSK sədri oğlu ilə gəlini arasında baş verən qalmaqal barədə jurnalistin sualına cavab verməyib.

Qeyd edək ki, 75 yaşlı M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.

"AzPolitika.info"

Şərhlər

Səməd 2026-04-29 15:25:08

Məzahir Pənahov cənabları əvəzsiz şəxsiyyətdir və bu şəksiz-sübhəsizdir. Amma ondan bir incikliyi çox var bir də xahişimiz. incikliyimiz odur ki, İlhamə Quliyevanı deputat olmağa qoymadı və o da bu fani dünyadan nakam getdi. Xahişimiz odu ki, Elza Seyidcahanı heç olmasa 1-2 aylıq deputat eləsin o da nakam getməsin. Arada MM də şerlərini desin feyziyab olsunlar. AYB üzvüdür ha ...

İlhamə 2026-04-29 15:14:35

Bu müxalifətçilər və qeyriləri boş boş qırıldatmaqla deyil Məzahir müəllim həqiqətən heç bir ölkədə analoqu olmayan, işini mükəmməl bilən fenomen şəxsiyyətdir. Kişi 26 ildir hamını yığıb ovcunun içinə bildiyini edir, amma kimsə mıkk edə bilmir.Təklif edirəm onu bir 25 il də sədr seçək ki, səsməkünlük olsun. Uraaaa

Vəli 2026-04-29 15:08:39

Vay dədə!! Yandı qızının atası....Voobşe mən başa düşmürəm ki, hörmətli Məzahir müəllim olan yerdə bu partiyalar -martiyalar kimə və nəyə lazımdır? Kişi hamının yerinə məsələni səssiz küysüz həll edir heç kimin çıqqırı da çıxmır. Təklif edirəm Məzahir müəllim ömürlük bu vəzifəyə seçilsin. Lazım gəlsə hələ Əzrayıla xahiş edək o biri dünyada da bu vəzifəyə təyin olunsun kişi bekar qalmasın...

Nazim 2026-04-29 14:55:26

Nə qər ki, ŏvladi vətən xamdır keyf elə,keyf çəkməli əyyamdır!

Zaur 2026-04-29 14:16:06

Bax ele bu teyinat gősterir ki, Azerbaycanda ne seçkiler, ne de ümumi biyabirçi veziyyet duzelmeyecek. Ölkede Normal seçkiler olmasa, heç bir sahede yaxşiya dogru heç ne deyişmeyecek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol