Bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.
"AzPolitika" xəbər verir ki, "Qaynarinfo"-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin gəlişi ilə başlayan kadr islahatları çərçivəsində bir sıra vəzifəli şəxslərə, xüsüsən də sabiq sədr Saleh Məmmədovla qohumluq bağlarına məxus şəxslər qurumdan uzaqlaşdırılır.
Ötən gün dərc etdiyimiz xəbərdə də Avtomobil Yollarının Mühafizəsi Xidmətində bəzi rəislərin işdən çıxarıldığı deyilirdi. Onların AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov, həmçinin onun müavinləri (Əvəz İlyas oğlu Qocayev, Hüsnü Ələkbər oğlu Quliyev ) və digər yüksək vəzifəli şəxslərə bağlı olan adamlar olduğu deyilir.
Qeyd olunur ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Həbib Əliyev Saleh Məmmədovun yaxın adamı olub. İşdən çıxarılan xidmətin digər rəis müavini Eyyub Həsənov isə general-polkovnik Bəylər Eyyubovun xalası oğludur.Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi vəzifəsdindən azad edilən Coşqun Qarayev "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur.
İşdən çıxarılan 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun dayısıdır. Səftər İsmayılov özü də vəzifəsindən azad olunması ilə bağlı Vüsal Nəsirliyə ərizə ilə müraciət edib.
"1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-nin rəhbəri Dilavər Həmzəyev sabiq sədr Saleh Məmmədovun yeznəsidir. MMC ötən həftə ləğv edildiyinə görə Dilavər Həmzəyev işini itirib.
Saleh Məmmədovun vəzifədə olan qohumları arasında - əmisi oğlu, "Bakı 1 №-li Yol İstismarı" MMC-nni rəisi Həmzəyev Zaur Oktay oğlu, xalası oğlu, "10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Araz Bəndəliyev, qardaşı oğlu, "9 saylı Yol İstismarı” MMC-nin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, digər bacısı, "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, kürəkəni, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev də var.
Onların da vəzifələrindən uzaqlaşdırıldığı deyilir.
Həmçinin vəzifələrindən uzaqlaşdırılan şəxslərdən bəzilərinin Azərbaycanda və xaricdə dəyəri milyonlarla manat olan mülklərə sahib olduğu da iddia olunur.

Şərhlər
Uzun illər davam edən vəziyət niyə indi ortaya çıxarılır mövcud oduğu sirr deyı.? Belə halların bütün idarə,nazirlik və hətta dövlət Aparatlarında olduğuortadadır.Amma...
Niyə demirsiniz,həyat yoldaşları;oğulları,qızları? Dərbəylik belə olur .Ona görəheçnə,heçbir sahəyerində deyil.Özbaşınalıq, soyma.oğurlama.daşıma davam edir.Ona görə heç br sahə nəzarət edilmir..Azərbaycan iflasa gedir.
Aəraycanın cinayət məcələsinə əsasən rüşvət verən də rüşvət alanla eyni cinayətin iştiakçısıdır.bəs niyə uzun illərdir bu qanun yarı icra olunur.Rüşvət verən cinayətə cəlb olunmur.Azərbaycanda bu qanunun yarı tətbiqi ölkədə rüşvətin geniş yayılmasına səbəb olub.Bu qanun niyə tam tətbiq ounmur?Buna kim məsuliyyət daşıyır?Belə qanun tətbiqinə göstərişi verən rüşvət məsələsinin genşyayılmasının iştirakçısı deyilmi?
Qohumbazlğın yuxarıdan aşağıya qədər inkişaf etdirilməsi Az'rbaycann faciəsidir.Bu hər addımda görünür.Amma diqqət edənyoxdur.Bir ço bəlalarn səbəbi budur.əməllər gizli saxlanılır.cinayətlər açılmır.
Biabırçılıq.Ona görə də Lənkəranın 44 günlük müharibədə 7 şəhid verən və bir neçə qazisi olan GƏGİRAN kəndinə yol çəkilmir Eləcə də Bakının Zabrat və d qəsəbələrinin yolları bərbaddır.İnsanlar zülm çəkir ....Zabratda tikilən evlər necə tikilib ,kim icazə verib ki indi hər yeri su basıb Bu tikintilərə rüşvət alanlar cəzalanmasa belə də davam edəcək
Biabırçılıqdır
Bununlada rüşvətxor məmurlar,icra başçıları yığışdırildı.
Bu gün işdən azad edilən adamlar bir ya iki aydan sonra başqa nizirliklərə işə götürüləcəklər. Əlinİn adamları Vəlinin, Vəlinin qohumları isə Əlinin nazirliyində yerləşdiriləcək. Onlar iz azdırmağın yollarını yaxşı bilirlər və bir-birləri ilə mübadilə edirlər.
Şəki Yol İdarəsinin müdiri Rəhman adi müəllimdir, savadsız bir adamı Yol İdarəsinə müdir təyin ediblər, heç bir iş görmək qabiliyyətinə malik deyil ! Rəhmana öz yerini göstərmək zamanı gəldi! Gözləyək........?
Maşallah
Azərbaycanın hansı qrumlarında ailə üzvü, qohum (yaxın,uzaq).dost,tanış,onların evladları şəbəkə yaratmayıb?Bu hallar rüşvət.korrupsiya.büdcə talamaq üçün asanlaşdırma deyilmi?
Belə nazirliklər və komitələr çoxdur.Onların bu qohumluq Qudalıq, kirvılik və yerliçilik əməlləri ölkənin iqtisadi inkişafına zərər vurur,Prezidentin siyasi kursuna xidmət etmir.Nəticədə korrupsiyalaşma və qanunlara hörmətsizlik yaranır.