Türkiyənin ilk qitələrarası ballistik raketi "Yıldırımhan" ictimaiyytə təqdim olunub.

"AzPolitika" xəbər verir ki, İstanbulda keçirilən "SAHA EXPO 2026" sərgisində təqdim edilən "Yıldırımhan", Türkiyənin ballistik raket texnologiyası sahəsində ən iddialı layihələrindən biri kimi diqqət çəkir. 

Daxili resurslarla hazırlanan sistem, Türkiyəni bu sahədə qlobal əhəmiyyətli ölkələr arasında ön sıralara çıxardığı hesab olunur.


Türkiyənin Milli Müdafiə Nazirliyinin paylaşdığı məlumata görə, "Yıldırımhan"ın 6000 kilometr məsafəyə çata biləcəyi bildirilib. Raketin sürət tutumunun 9 maxdan 25 max-a qədər olduğu bildirilib.

Sistemin maye azot tetroksid yanacağından istifadə etdiyi və dörd ayrı raket mühərriki ilə dəstəkləndiyi, infrastruktur sayəsində raketin hipersəs sürətlərə çata bildiyi vurğulanıb. Həmçinin yüksək sürəti və inkişaf etmiş manevr qabiliyyəti sayəsində Yıldırımhanın mövcud hava hücumundan müdafiə sistemlərini dəf etmək qabiliyyətinə malik olduğu qeyd edilib.

Raket xarici mətbuatda da maraqla qarşılanıb.

İsrail KİV-lərində bu raket "Türkiyədən gələn cəhənnəm" kimi təsvir edilib.

"AzPolitika.info"