Menu

ABŞ İRANA 5 ŞƏRT İRƏLİ SÜRÜB - Danışıqların davam etdirilməsi üçün

17.05.2026, 16:19
ABŞ İRANA 5 ŞƏRT İRƏLİ SÜRÜB - Danışıqların davam etdirilməsi üçün

ABŞ İranın tələblərinə cavab olaraq Yaxın Şərqdəki münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi üçün beş şərt irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Vaşinqton Tehrana hər hansı təzminat ödəməkdən, eləcə də İranın dondurulmuş aktivlərinin hətta 25%-ni belə blokdan çıxarmaqdan imtina edib.

Bundan başqa, ABŞ İranın 400 kq uran ehtiyatının ölkədən çıxarılmasını və birdən çox nüvə obyektinin işlək vəziyyətdə saxlanılmamasını tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol