"Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirilirdi və azərbaycanlı həmkarım məni Azərbaycana səfər etməyə dəvət etdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar mən həmin forumda iştirak etməkdən imtina etdim".
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri və hazırda hakim partiyadan millət vəkilliyinə namizəd olan Alen Simonyan Ermənistan İctimai Televiziyasında keçirilən seçkiqabağı debat zamanı deyib.
Simonyan əlavə edib ki, dəvət olunarsa və ona fürsət verilərsə, Azərbaycana səfər edəcək və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcək.
A.Simonyan həmçinin qeyd edib ki, siyasi xadimlər sülhün bərqərar olunması üçün məsuliyyəti öz üzərlərinə götürməlidirlər.
“AzPolitika.info”

Şərhlər