Moskva vilayətində yerləşən Balaşixa şəhərində BMW markalı avtomobil partladılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında və sosial şəbəkələrdə məlumat və videogörüntülər yayımlanıb.
Rusiya İstintaq Komitəsi də məlumatı təsdiqləyib. Komitənin məlumatına görə, partlayış səhər saat 5:30 radələrində (Bakı vaxtı ilə səhər saat 6:30) Koldunov küçəsində baş verib. Sürücü hadisə yerində ölüb. Nəqliyyat vasitəsi hərəkətdə olarkən partlayıcı qurğu işə düşüb.
İstintaq Komitəsi cinayət işi açıb.
Əvvəlcə partladılan şəxslə bağlı heç bir məlumat verilmirdi. Son dəqiqələrdə isə Rusiya “Telegram” kanallarının verdiyi məlumata görə, sözügedən partlayış nəticəsində yüksək rütbəli rusiyalı hərbçi həlak olub. Şəxsiyyəti hələlik açıqlanmayan mərhumun general-leytenant rütbəsinə malik olduğu iddia edilir.
Qeyd edək ki, daha əvvəl də Ukrayna xüsusi xidmət orqanları Rusiyanın yüksək rütbəli zabitlərini Rusiya ərazisində məhv edib.
“AzPolitika.info”

Şərhlər