Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub:"Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək".

Şərhlər