“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”.
“AzPolitika” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Deputatın sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafiki ilə təşkili nəzərdə tutulub.
“Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq”, - deputat qeyd edib.
V.Bayramov bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir: “Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır. Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək.
Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar və digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır”.
“AzPolitika.info”

Şərhlər
Vüqar bəy hansı ölkədə işrejiminin dəyişilməsinin müsbət nəticələrini görüb və necə hesablayıb?Axı o özünü iqtisadçı sayır ! Belə yarmçıq "iqtisadçılar" üzündən iqtisadiyyatımız batıb.
Nəticəsi omayan və nəticəsinin olmayacağı əvvəldən bəlli olan metod.Yaşayarıq görərik.
V.Bayramovun populist,faktsız,yalan çıxışları insanlara ziyan vurmağa hesablanıb.iş rejiminin dəyişdirlməsi istehsalat rütminə.idarəçilikdə axsamalara yol açır.Bunu anlamadan populist çıxış və yanlış fərziyyələrəinanıb əhalini pərakəndəsalma,istehsalat vəişrejimini pozmaq yalnz mənfi,ziyanlnəicələr verə bilər.Ölkədənəqliyyatın işininiama salmaq bacarığı olan və istəyilan kadrlara ehtiyac vardırQalanlar fərziyyəvə boşdur.
ıiyyı.analisi.
mil