İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi bazasına zərbələr endirdiyini açıqlayıb.

Qurumun bəyanatına görə, hücum zamanı F-35 qırıcılarının yerləşdiyi obyektlər də hədəfə alınıb. İran tərəfi bir neçə mühüm hədəfin vurulduğunu və bazaya ciddi ziyan dəydiyini iddia edir.

Bəzi media resurslarında yayılan peyk görüntülərində hücumun nəticələrini əks etdirdiyi bildirilir. 

Qeyd edək ki, ABŞ və İordaniya rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

"AzPolitika.info"