Menu

Bakıda restoranda yanğın - FOTOLAR + VİDEO

11.06.2026, 14:15
Bakıda restoranda yanğın - FOTOLAR + VİDEO

Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Sonra isə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.


Şərhlər

Vətəndaş 2026-06-11 14:55:26

Yanğınların çoxalmasına səbəb nədir? Ən maraqlısı isə yanğınların iri kommersiya obyetlərində tez-tez baş verməsidir.Bunların qisas xarakterli olması ehtimalı yodur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol