Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunublar.

"AzPolitika"  xəbər verir ki,  bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalanıb.

Sərəncamlara əsasən, Tural Mailov və Kamran Əzizov Agentliyin İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.

Təyinatdan əvvəl Tural Mailov Agentliyin İdarə Heyəti sədrinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, Kamran Əzizov isə Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.

"AzPolitika" xatırladır ki, Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2008-ci ildə “Kazimir Partners Azerbaijan” MMC-də tədqiqatçı analitik vəzifəsi ilə başlayan Tural Mailov sonradan həmin şirkətin icraçı direktoru vəzifəsinə qədər yüksəlib. Daha sonra “Caspian Financial” şirkətinə rəhbərlik edib. Sonrakı dövrlərdə o, Birləşmiş Ərəb Əmirlikləri və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən müxtəlif nüfuzlu şirkətlərin rəhbəri vəzifələrində çalışıb. O, biznes fəaliyyəti ilə yanaşı, həmçinin Avropada fəaliyyət göstərən beynəlxalq media qurumuna da rəhbərlik edib.

2024-2025-ci illərdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

2025-ci ilin mart ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bu il fevral ayında həmin vəzifəsindən ayrılaraq Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri təyin olunmuşdu.

Tural Mailov, həmçinin Qiymətli Kağızlar Komitəsinin və Bakı Fond Birjasının Akkreditasiya lisenziyalarına malik üzvü olub. O, Qiymətli Kağızlar Komitəsinin təşkil etdiyi attestasiya imtahanından maksimum bal toplayaraq şəhadətnaməyə sahib ekspert olub.

Kamran Gülbala oğlu Əzizov isə yeni təyinatadək qurumun Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə: Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi işləyib.

Elman

"AzPolitika.info"