Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej şəhərində yerləşən mühüm hərbi-sənaye obyekti - "VZPP-S" Səhmdar Cəmiyyətinin müdafiə zavoduna zərbə endirib. 

“AzPolitika” bildirir ki, bu barədə yerli “Teleqram” kanalları video və fotolar yayıblar.

Qeyd olunur ki, sözügedən müəssisə Rusiya ordusu üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, zavodda "Pantsir" hava hücumundan müdafiə sistemləri, "İskəndər-K" raketləri və "X-101" qanadlı raketləri üçün zəruri olan radioelektron komponentlər və detallar istehsal olunur.

Zərbə nəticəsində zavoda dəymiş ziyanın miqyası və itkilər barədə hələlik rəsmi məlumat verilməyib.

“AzPolitika.info”