Bakıətrafı qəsəbələrdəki mənzillərə tələbat artıb. Belə ki, əmlak məsələləri üzrə ekspetlərin sözlərinə görə, Bakıda qəzalı binaların sökülməsi nəticəsində vətəndaşlar mərkəzdən kənar ərazilərdə mənzil almağa üstünlük verirlər. Bu məsələ qiymətlərə də təsir edir.
"AzPolitika" xəbər verir ki, bu barədə "Xəzər TV"-yə əmlak məsələləri üzrə ekspet Elnur Fərzəliyev bildirib.
O qeyd edib ki, Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ, kimi kənar qəsəbələrdə hazırda evlərdə və torpaq sahələrində ucuzluq müşahidə edilir. Lakin, görülən işlər nəticəsində qiymət artımı olacaq.
Eskpert qeyd edib ki, söküntüdən əlavə, yay aylarına görə də bu ərazilərdə olan evlərin qiyməti 10-15 faiz artacaq. Lakin, payızda 5 faiz enmə ola bilər.

Şərhlər
Azərbaycanda hələki yüksək tələbatlı təbii keyfiyyətli yeni məhsullar istehsal, xüsusilə maddi-texniki və müasir tikinti materiaları istehsalı qıtlığı ola bilir? Ancaq, daimi məşğuliyyət çox aşağı səviyyədə olduğumdan alıcılıq qabiliyyəti elə *yumurta qiymət*nə düşməkdədir? Sahibikarların da əksəriyyəti oliqıraxlar, bankirlər deyil ki, adi bir orta texniki, aşağı yaşam səviyyəli neft ölkəsindən belə aztəminatlı yeni quruculuq və 30 illik bərpa dövrünü yaşayır.