Menu

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

23.06.2026, 20:45
Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.

"AzPolitika" Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.

Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1990-cı ildə Ali Sovetinin deputatı seçilib.

1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999- 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.

2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla "Şöhrət” ordeni ilə təltif edilib. Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.

Şərhlər

Eli 2026-06-23 11:40:38

İnsan yaşlalanda iş ve neve onun heyat Eşqini artırır onu ölmeye qoymur baş qarışır qocaluq taddan çıxır.Allah uzun ömr versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol