Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada inşa olunmuş birinci yaşayış kompleksində olublar.
“AzPolitika” xəbər verir ki, səfər zamanı dövlət başçısının şəhərin balaca sakinləri ilə səmimi görüşü diqqət çəkib.
Görüntülərdə uşaqların Prezidentə yaxınlaşaraq onu mehribanlıqla salamladıqları əks olunub. Onlardan bəzilərinin “İlham baba, necəsiniz?” və “İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” deməsi maraqlı anlar yaradıb.
Prezident uşaqlarla söhbət edib, onların xahişini məmnuniyyətlə qəbul edərək birgə xatirə şəkilləri çəkdirib.

Şərhlər