2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan müşahidələr göstərir ki, bazarda qiymət artımı davam edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, may ayı ilə müqayisədə iyun ayında yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb. Ən yüksək artım yenə də torpaq bazarında müşahidə olunub.
İyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub. Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub. Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.
Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.
| Rayon | Yeni tikili | Köhnə tikili | Kotlovan |
| Nərimanov | 1.7% | 1.8% | 2.4% |
| Yasamal | 1.8% | 2.0% | 2.6% |
| Binəqədi | 1.4% | 1.5% | 2.2% |
| Xətai | 1.7% | 1.7% | 2.4% |
| Sabunçu | 1.3% | 1.6% | 2.0% |
| Səbail | 1.9% | 2.2% | 2.8% |
| Nəsimi | 1.8% | 2.1% | 2.7% |
| Qaradağ | 1.2% | 1.0% | 1.6% |
| Suraxanı | 1.4% | 1.5% | 1.9% |
| Pirallahı | 1.0% | 1.1% | 1.3% |
| Nizami | 1.6% | 1.9% | 2.0% |
| Xəzər | 1.2% | 1.3% | 1.5% |
| Rayon | Torpaq | Qeyri-yaşayış | Fərdi yaşayış |
| Nərimanov | 2.7% | 2.3% | 1.7% |
| Yasamal | 2.6% | 2.4% | 1.6% |
| Binəqədi | 3.3% | 1.8% | 2.2% |
| Xətai | 2.9% | 2.1% | 1.7% |
| Sabunçu | 3.7% | 1.7% | 2.3% |
| Səbail | 2.8% | 2.6% | 1.5% |
| Nəsimi | 2.6% | 2.5% | 1.5% |
| Qaradağ | 3.0% | 1.5% | 1.8% |
| Suraxanı | 3.5% | 1.7% | 2.2% |
| Pirallahı | 2.3% | 1.3% | 1.6% |
| Nizami | 2.6% | 2.0% | 1.7% |
| Xəzər | 3.2% | 1.5% | 2.5% |
| Rayon | Yeni tikili | Köhnə tikili | Kotlovan | Torpaq | Obyekt | Fərdi yaşayış |
| Nərimanov | 7% | 5% | 9% | 10% | 7% | 6% |
| Yasamal | 7% | 6% | 10% | 11% | 7% | 6.5% |
| Binəqədi | 6% | 5% | 8% | 8% | 5% | 5% |
| Xətai | 7% | 5% | 9% | 9.5% | 6% | 7% |
| Sabunçu | 5% | 5% | 8% | 7% | 5% | 7% |
| Səbail | 8% | 6% | 10% | 12% | 8% | 6% |
| Nəsimi | 7% | 6% | 10% | 11% | 8% | 6% |
| Qaradağ | 5% | 4% | 6% | 5% | 4% | 4% |
| Suraxanı | 5% | 5% | 7% | 8% | 5% | 7% |
| Pirallahı | 4% | 3% | 5% | 4% | 3% | 4% |
| Nizami | 6% | 5% | 8% | 8% | 6% | 5.5% |
| Xəzər | 5% | 4% | 6% | 13% | 4% | 8% |
| Seqment | 2026-cı ilin ilk 6 ayı üzrə qiymət artımı |
| Yeni tikili mənzillər | 7% |
| Köhnə tikili mənzillər | 5% |
| Kotlovan layihələri | 9% |
| Torpaq sahələri | 13% |
| Qeyri-yaşayış obyektləri | 7% |
| Fərdi yaşayış evləri | 6% |
Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.
"AzPolitika.info"

Şərhlər