Menu

20 manat nizamnamə kapitalı olan dövlət şirkəti ləğv edildi

24.07.2026, 12:51
20 manat nizamnamə kapitalı olan dövlət şirkəti ləğv edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.

"AzPolitika" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Körpülərin İstismarı və Təmiri Müəssisəsi" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol