Ukraynanın Rostov-na-Donu və ətraf bölgəyə hücumu nəticəsində beş nəfər yaralanıb. İki nəfər xəstəxanaya yerləşdirilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası vilayət qubernatoru Yuri Slyusara istinadla məlumat yayıb.

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Belqoroda kütləvi PUA hücumu həyata keçirib. Nəticədə Luç İstilik Elektrik Stansiyası və Yujnaya elektrik yarımstansiyası zədələnib, hər iki obyektdə yanğınlar baş verib. Həmçinin Aqro-Beloqorye kənd təsərrüfatı holdinqinin anbarlarına, Novıy Belqorod mikrorayonuna, vilayətin digər ərazilərinə hücumlar barədə məlumat verilib. Qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev itkilər barədə məlumat verib, lakin say açıqlamayıb. O, şəhər küçələrində "zərər və yanğınlar" olduğunu əlavə edib.

“ASTRA”-nın məlumatına görə, Saratov vilayətinin Engels şəhərində Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra hərbi hissədə yanğın olub. Gecə ərzində bölgədə hava həyəcanı elan edilib.

Gecə ərzində Rusiya üzrə 15 hava limanında məhdudiyyətlər tətbiq edilib. Tambov, Penza, Saratov, Nijni Novqorod, Samara, Çeboksarı, Yaroslavl, Kazan, Kirov, Kaluqa, Orenburq, Perm, Ufa, Yekaterinburq və Mahaçqalada təyyarələrin enişi və uçuşu qadağan edilib.

Ukrayna Yekaterinburqda Rusiyanın “Wildberries” logistika şirkətinə məxsus anbara hücum edib. Nəticədə baş verən yanğının videoları sosial mediada paylaşılır.

Qeyd edək ki, bu anbar Ukrayna sərhədindən təxminən 1750 km məsafədə yerləşir.

“AzPolitika.info”

https://x.com/Newsfeed883920/status/2080898874810778025?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2080898874810778025%7Ctwgr%5E66c36bf4ebac2aeced07eba808b5aef3a816a4f8%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fhaqqin.az%2Fnewsarchive%2F389247

https://x.com/Newsfeed883920/status/2080899966567174455?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2080899966567174455%7Ctwgr%5E66c36bf4ebac2aeced07eba808b5aef3a816a4f8%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fhaqqin.az%2Fnewsarchive%2F389247