Ötən gecə Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasında problem yaşanıb.
"AzPolitika" Oxu.az-a istinadən xəbər verir ki, saat 23:48-də stansiyanın platformasında olan sərnişinlər ərazidən çıxarılıblar.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
“İyulun 29-da saat 23:55-də Bakı metropolitenini qidalandıran yüksəkgərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin “Memar Əcəmi” - “Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib”, - deyə B. Məmmədov bildirib.

Şərhlər