Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, "Land Rover Discovery", "Toyota Camry", "Kia Sorento" və "Hyundai Santa Fe" markalı nəqliyyat vasitələri toqquşub.
Qəza nəticəsində dörd avtomobilə də ciddi maddi ziyan dəyib.

Şərhlər