UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.

"Report"un məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.

10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.

Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.