“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Cebrail Makreçkisin Kiyev “Dinamo”su ilə ilk görüşdə qırmızı vərəqə almasından danışıb.

“AzPolitika” xəbər verir ki, təcrübəli məşqçi “Cəbrayıl "Dinamo" ilə ilk oyunda qırmızı vərəq ilə cəzalandırıldı və ona sakit yanaşdınız. Amma xatırlayıram, vaxtı ilə Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya vermişdi. Bu onu göstərir i, ilk matçda artıq gedişatla razılaşmışdız, yoxsa illər sizi daha səbirli edib?” sualına belə cavab verib: 

“İnanın ki, illər məni səbirdən çıxarıb. Səbrim tükənir yavaş-yavaş. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Miçel və Kevin Medina? Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim ona. Miçelə nə qədər ona əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə də ona görə əsəbibləşmişdim. Adam bəzən sadə epizdolara görə əsəbiləşir”.