2020-ci ildən - Vətən müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.
Paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb: "Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb. Bu faciəli hadisələr münaqişənin ölümcül irsinin insan həyatını təhlükə altında qoymağa, yenidənqurma işlərinə mane olmağa və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini acı şəkildə xatırladır".
Xatırladaq ki, avqustun 12-də Xocavənddə, 13-də isə Kəlbəcərdə mina partlayışı baş verib.
Two consecutive days. Two landmine explosions. Three civilians injured.
— MFA Azerbaijan (@AzerbaijanMFA) August 13, 2026
Since the end of the 2020 war, 436 people have fallen victim to landmines in #Azerbaijan.
These tragic incidents are a stark reminder that the deadly legacy of conflict continues to threaten lives, pic.twitter.com/U9eeyfblaM

Şərhlər