Ötən gecə Leninqrad vilayətinə 54 Ukrayna pilotsuz təyyarəsi hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko Telegram-da məlumat verib.
"Zədə nəticəsində Ust-Luqa limanında yanğın aşkar edilib. Mütəxəssislər yanğını söndürməyə başlayıblar", - yazan qubernator hücumda kiminsə xəsarət alıb-almadığını dəqiqləşdirməyib.
Bölgəyə hücum təxminən dörd saat davam edib və Moskva vaxtı ilə səhər saat 6:48-də başa çatıb.
Ust-Luqa Rusiyanın Baltik dənizindəki ən böyük limanı və Qara dənizdəki Novorossiyskdən sonra ölkədəki ikinci ən böyük limanıdır. Ust-Luqanın yanacaq terminalları xam neft, reaktiv yanacaq, digər neft-qaz məhsulları ixrac edir. “Reuters”-in məlumatına görə, 2025-ci ildə liman vasitəsilə neft ixracı gündə təxminən 700.000 barel təşkil edib.
Baltik dənizindəki Ust-Luqa, Primorsk limanı ilə birgə Rusiyanın dəniz yolu ilə neft ixracının təxminən 40%-ni həyata keçirir.
Bu, ilin əvvəlindən bəri Ust-Luqaya edilən altıncı dron hücumudur. Dronlar bu limana 22, 25, 29 və 31 martda, eləcə də 6 iyulda hücum etmişdi. Nəticədə, Ust-Luqada neft və neft məhsullarının daşınması bir neçə dəfə müvəqqəti olaraq dayandırılmışdı.
“AzPolitika.info”

Şərhlər